Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çaydan düzgün istifadə edilməsi faydalı nəticələr verir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Çaydan düzgün istifadə edilməsi faydalı nəticələr verir

Çaydan düzgün istifadə edilməsi faydalı nəticələr verir


Çayın yaşıl, qara və ağ növləri var və onu düzgün qəbul etmədikdə faydasından çox zərəri olur.
Bir çox xəstəliklərin qarşısının alınmasında çay faydalı vasitəsidir. Ancaq çaydan düzgün istifadə ediləndə onun xeyrini görmək olar. Qida təhlükəsizliyi mütəxəssisləri hər gün insanın 400-600 milliqram, yaxud 4 stəkan yaşıl çay içməsinin vacibliyini bildirirlər. Hər gün içilən 1 stəkan qara çay isə zehni qüvvətləndirir. Çay içərkən onun miqdarına və şəkərsiz içilməsinə diqqət yetirilməlidir.

Keyfiyyətli və yaxşı dəmlənilmiş çay baş ağrılarını, fiziki və zehni yorğunluğu aradan qaldırır. Qara çayın tərkibində mərkəzi sinir sistemi üçün çox vacib olan kofein var. Həmin maddə yorğunluğu aradan qaldırır, ürək döyüntülərinin sayını artırır, beyinin işini yaxşılaşdırır, yaddaşı möhkəmləndirir, əhvali-ruhiyyəni yaxşılaşdırır. Bununla yanaşı qara çayın tərkibindəki saponinlər iltihab əleyhinə təsir göstərir.

Çayın düzgün hazırlanması çox vacib məsələdir. Bunun üçün şüşə, saxsı və çini dəm çayniklərindən istifadə etmək lazımdır. Çayı dəmlədikdən sonra bir saat ərzində içmək məsləhət görülür.

Geri dön