Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Borçalı > Gürcüstanda Azərbaycan dilli yeni məktəb açılacaq
Gürcüstanda Azərbaycan dilli yeni məktəb açılacaq |
Gürcüstanın Laqodexi rayonunun azərbaycanlıların yaşadığı Qabal kəndində Azərbaycan dilli yeni məktəb açılacaq.
Bu barədə Gürcüstan parlamentinin Laqodexi və Kvareli rayonları üzrə majoritar deputatı Quram Macaraşvili bildirib. Onun sözlərinə görə, yeni məktəb Gürcüstan hökumətinin dəstəyi ilə tikiləcək: “Hazırda Qabal kəndində bir məktəb fəaliyyət göstərir. Yeni məktəbin inşası ilə paralel olaraq fəaliyyətdə olan məktəbin binası da bərpa olunacaq”. Deputat qeyd edib ki, Qabal kəndində uşaq bağçasının inşası və digər infrastruktur layihələrin həyata keçirilməsi ilə bağlı planlar hazırlanır. Geri dön |