Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əli Həsənov: Azərbaycanın milli maraqlarının qorunmasında diaspor təşkilatlarının üzərinə böyük vəzifələr düşür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Əli Həsənov: Azərbaycanın milli maraqlarının qorunmasında diaspor təşkilatlarının üzərinə böyük vəzifələr düşür

Əli Həsənov: Azərbaycanın milli maraqlarının qorunmasında diaspor təşkilatlarının üzərinə böyük vəzifələr düşür


Mürəkkəb qlobal siyasi və iqtisadi proseslərin cərəyan etdiyi müasir dünyada Azərbaycanın milli maraqlarının qorunmasında diaspor təşkilatlarının da üzərinə böyük vəzifələr düşür. Trend-in məlumatına görə, bunu avqustun 7-də Türkiyənin Bodrum şəhərində "Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər" mövzusunda keçirilən forumun yekun toplantısında çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Məlumatı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti yayıb.

PA rəsmisi çıxışında Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımızın mənafelərini həmişə nəzərə aldığını vurğulayıb.

"Bu cür tədbirlərin məqsədi xaricdə yaşayan azərbaycanlılar arasında əməkdaşlıq əlaqələrinin qurulmasına nail olmaq, soydaşlarımızın problem və qayğılarını öyrənmək, onların həlli yollarını tapmaqdan ibarətdir. Bu forum bir daha təsdiq edir ki, Azərbaycan dövləti hər bir azərbaycanlının arxasındadır, ona dayaqdır", - Həsənov əlavə edib.

Həsənov forumda aparılan müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirərək, burada səslənən bütün təkliflərin qeydə alındığını, onların hər birinin araşdırılacağını bildirib. O, xaricdə təhsil alan azərbaycanlı tələbələrin diaspor təşkilatları ilə fəal əməkdaşlıq etməsinin vacib olduğunu qeyd edib.

PA rəsmisi aparılan müzakirələrin, qəbul olunmuş qərarların Azərbaycan diasporunu daha da gücləndirəcəyinə inandığını deyib.

"Biz heç bir diaspor təşkilatına göstəriş verə, onların fəaliyyəti ilə bağlı qərar qəbul edə bilmərik. Biz yalnız sizə müəyyən tövsiyələr verə bilərik, qəbul etdiyiniz qərarların icrasında dəstək göstərə bilərik. Bizim istədiyimiz dünya azərbaycanlılarının birliyinə nail olmaqdır, diasporun daha güclü, daha mütəşəkkil qüvvəyə çevrilməsidir", - deyən Prezident Administrasiyasının şöbə müdiri forumun işindən razı qaldığını vurğulayıb.

Geri dön