Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Elçin Hatəmi: Bəşər Əsəddən sonra İran hakimiyyətinin taleyi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Elçin Hatəmi: Bəşər Əsəddən sonra İran hakimiyyətinin taleyi

Elçin Hatəmi: Bəşər Əsəddən sonra İran hakimiyyətinin taleyi


2011-ci ilin mart ayının əvvəllərindən başlayaraq Suriyada indiyə kimi kütləvi etirazlar və Suriya qurtuluş ordusu ilə dövlət hərbi və təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma davam edir. Bu qarşıdurma zamanı Bəşər Əsəd hakimiyyəti indiyə kimi 20-minə yaxın insanı qətlə yetirib, inqilab davam edəcəyi təqdirdə ölənlərin sayının artacaqı gözlənilir. Baxmayaraq ki, müxalif qüvvələr bu yolda çox itki veriblər, inqilab başlayan zamandan bu günə kimi təşkilatlanıb dövlətin hərbi qüvvələrinin qarşısında gülcü səviyədə dirənib, müqavimət göstəriblər. Müxalif qüvvələrin gücü o qədər artıb ki, bu ilin iyul ayının 18-də üsyançı qüvvələr Şamda müdafiə nazirinin olduğu bir iclasa hücum planladılar və bir bomba patlayışı nəticəsində, müdafiə naziri, ölkə milli təhlükəsizlik idarəsinin sədri və bir çox ali dərəcəli general qətlə yetirildi. Bu hadisə Suriya rejiminin yıxılma siqnallarını daha da artırdı və bu ölkənin müttəfiqlərini o cümlədən İran hakimiyyətini qorxudaraq, təşvişə saldı. Beynalxalq şəraitə və Suriya daxilindəki baş verən hadisələrə nəzər saldığımızda görünür ki, müxalif quruplar və dövlət tərəfdarları arsında hər hansı anlaşmanın, barışığın olması mümkün deyil və Əsəd dövləti bir çıxılmaz böhranla qarşı-qarşıyadır. Sonunda əgər vəziyət belə davam edərsə bu məsələ müxalif güclərin qələbəsi ilə və Əsəd rejiminin yıxılması ilə nəticələnəcəkdir. Suriya hakimiyyətinin dağılması ilə İran-Suriya –Livanın Hizbullah təşkilatı mehvərinin beli sınacaqdır ki, bu da bölgədə İranın bir dəfəlik sonunun çatması deməkdir. Bu səbəbdən İran hakimiyyəti indiyə kimi müxtəlif yollarla Suriya dövlətinə maliyyə, silah və hərbi mütəxəsislər göndərməyə davam edir və Əsəd hakimiyyətinin ömrünü uzaltmağa çalışır. Hətta İranın inqilab mühafizəçiləri təşkilatının xarici qolu olan Sepahe qüds də əlaltılarının böyük bir hissəsini Suriyada yerləşdirib. Sepahe quds kamandirləri Suriya ordusuna etirazları necə yatırmaları barədə təlim verirlər və kəskin nişançıları da müxalifət qurupların üzvlərini hədəfə alıb öldürürlər. Suriya hökümətinin çöküşündən sonra İran tamamilə ABŞ və müttəfiqləri tərəfindən mühasirəyə salınıb, bu ölkələr və hətta öz qonşu ölkələri tərəfindən şiddətlə təcrid ediləcəkdir. Bu basqılar nəticəsində İran hakimiyyətinin keçmişdəkindən daha çox bölgədə manevr qabiliyyəti zəifləyəcəkdir. Çünkü Qərb dünyasının xüsusən ABŞ dövlətinin nüfuzu bu ölkələrdə İrana nisbətən qat-qat artıqdı və İranın bu ölkələrlə münasibəti ABŞ-la müqayisə etdildikdə sayılmazdı. Dünyanın bir çox ölkələrində İran hakimiyyətinin düşmənçiliyə dayanan və radikal İslam idologiyayasının təsiri altında olan qərəzli siyasəti nəticəsində və bu barədə İranın dövlət məqamlarının cəhalətindən dolayı beynalxalq terrorizmə dəstək verdikləri üçün və bu hakimiyyətin dünyada sabitliyin pozulmasina səbəb olmasına görə İrana qarşı təkcə dövlətlər arası deyil hətta dünyada adi insanlar içində də nifrət artmaqdadır. Əsəd rejiminin dağılması ilə İran hakimiyyətinin əli İsrail sərhədlərindən bütünlüklə kəsiləcəkdir. Hizbullah və həmas teroristlərini bəsləyən İran bir daha bu teroristlərə yardım etməkdə çətinlik çəkəcəkdir.

İran nüvə praqramı məsələsi, İran hakimiyyətinin beynalxalq terorizmi dəstəkləməsi, beynalxalq sabitlik və əmin-amanlıq üçün təhlükə yaratması, ölkə daxilində ağır vəziyətdə insan haqları pozuntusuna yol verməsi, beynalxalq ictimaiyyətin qarşısında hədələmə və təhdid diplomatiyası ilə çıxış etməsini görüncə, bir çox ekspertlər hesab edirlər ki, Suriya hakimiyyətinin yıxılmasından sonra İran hakimiyyətinin dəyişdirilməsi beynalxalq icitmaiyyətin diqqət mərkəzində olacaqdır.

İran hakimiyyəti ərəb baharı başlayan bir gündən diktatorlara dəstək olub və var gücü ilə çalışıb ki, avtoritar rejimlərin yıxılmasının qarşısını alsın. İnqilabçı şəxsləri və qurupları qərb dünyasının özəlliklə İsrailin və Amerikanın kuklası və amili kimi media vastəsi ilə təqdim edibdir. İranın dünyada inqilabçıların əleyhinə mənfi təbliğatına baxmayaraq inqilabların əksəriyəti qısa zamanda qələbə ilə başa çatmasının şahidi oluruq. Sonunda uduzan İran hakimiyyəti oldu və bu inqilablar inqilabçıların, qərb dünyasının və bu ölkələrdə diktatorların zülmü altında yaşayan və onların əlindən bezmiş, zara gəlmiş ümum xalqın qazancı ilə nəticələndi.
İranın Suriya ilə əlaqədar fəaliyəti nəticə verməyəcəkdir, çünkü inqilab fırtınası bütün ölkəni bürüyübdür. Ola bilsin İranın və Livanda yer alan Hizbullah təşkilatının Suriya dövlətinə yardımı və rusiya ilə Çinin bu hökümətə verdikləri dəstək inqilabın zamanını və hakimiyyətin ömrünü bir az uzaltsın. Ancaq ölkədə bütün sektorların inqilabçıların əlinə keçəcəyi gözlənilir və Bəşar Əsədi də Liviyanın sabiq diktatoru Qəddafinin taleyinə bənzər bir tale gözləyir. Müxalif qüvvələrin qələbəsi ilə Bəşər Əsədində diktatorluq həyatı sona çatacaqdır.
Təkcə Suriyanin daxili vəziyəti deyil bəlkə bu rejimin dəyişilməsi dünyaya yeni bir düzən verəcəkdir. Bu məsələ bölgədə əsasəndə Ərəb-İsrail barışının sağlanılmasında böyük rol oynayacaqdır. İran hakimiyyətinin 33-illik anti-yəhudi və ya anti-İsrail siyasətinə böyük zərbə endirəcəkdir. Bir çox ekspertlərin fikricə bu demokratiya dalğası Suriyadan sonra İranıda basacaqdır və bütün etnik qüvvələri və müxalif quruplar arasında rejimə qarşı mübarizə motivasiyasını gücləndirəcəkdir. İranda yaşayan xalqlar Suriyada demokratik hökümətin qurulmasından sevinc hissi yaşayacaqlar və ümidləri İran rejiminin dəyişilməsinə artacaqdır. Əsəd rejiminin çöküşü İranda yaşayan ümum xalqın maraqlarının xeyrinə olacaqdır. Çünkü İran hakimiyyəti qurulan gündən indiyə kimi öz xalqının boğazından kəsib milyardlarla dollar məbləğində Suriya dövlətinə, həmas və Hizbullah terror təşkilatlarına yardım edibdir və bu yolla Yaxın Şərqdə sülhün yaranmasını əngəlləyibdir.
Digər şəraitin xüsusən daxili və beynalxalq vəziyətin müxaliflərin xeyrinə hazır olması şərtilə, bölgədə yüksələn bu demokratiya dalğası bir çox avtoritar sistemlərin yaxın gələcəkdə çöküşünə səbəb olması danılmazdı. İranın daxili və xarici şəraitinə baxdıqımızda bir çox şərait bu rejimin dağıdılması üçün səfərbər olmaqdadır. Hakimiyyət yıxılmasından qorxduqu üçün Ölkədə bütün iqtisadi sektorlar və dövlət idarələri təhlükəsizlik qüvvələrin və Sepah məmurlarının sədirliyi və nəzarəti altına keçirilib. İran nüvə proqramı məsələsi barədə gedən müzakirələrin çıxılmaz bir vəziyyətə gəlib çatması, İranın içində əhalinin sosial şəraitin getdikcə pisləşməsi, bahalıq, Dövlət orqanlarında oğurluğun, rüşvətin hədsiz hesabsız şəkildə çoxalması, xarici siyasətin uğursuzluqla nəticələnməsi, bir çox ölkələrin embarqolardan dolayı İranla ticari və iqtisadi əlaqələrini kəsməsi, beynalxaq sankasiyalar nəticəsində neft satışının son 9 ayda hədsiz dərəcədə azalması, İranın dini liderinə mənsub olan şəxslərin və hökümət yetkililərinin o cümlədən Sepah kamandanlarının cəhalətə dayanaraq boş boşuna qonşu ölkələrə və qərb ölkələrinə qarşı təhdid və qorxutma ədəbiyatından istifadə etmələri, daxildə adi xalqa qarşı hərbi və təhlükəsizlik qüvvələr tərəfindən zorakılığın və təzyiqlərin ağır vəziyyətdə artması, siyasi və mədəni azadlıqların tamamilə qadağan edilməsi, bir çox iş yerlərinin, firmaların dövlətin yanlış idarəçiliyi nəticəsində bağlanıb, fəaliyətinin dayandırılması və bu səbəbdən dolayı getdikcə ölkədə işsiz insanlarının sayının artması və.s hakimiyyətin çıxılmaz bir böhranın içində olmasından xəbər verir. Hakimiyyətin irticai təfəkküründən və ağılsızlıqdan dolayı yaranan bu ağır şərait hakimiyyəti uçuruma doğru sürüməkdədir. Bu şəraiti nəzərə aldıqımızda görünürki İranın totalitar hakimiyyəti bölgədə hərəkətdə olan demokratiya qasırqasından özünü qurtarması mümkün olmayacak. Suriya hakimiyyətinin yıxılmasından sonra Ərəb baharının mahiyətindən fərqli olaraq İranda despotik rejimə qarşı gərgin bir vəziyətin yaranması ehtimal edilir. Bu inqilabın nə zaman baş verecəyi barədə İran toplumunun mürrəkkəb vəziyətindən dolayı kimsənin qəti bir fikri yoxdur. Əgər İran rejiminin davranışı dünya icitmaiyyəti ilə indiki şəkildə idologıya əsasında davam edərsə, bununla yanaşı qərb dünyası geniş vəziyətdə təzyiqlərini İrana qarşı çoxaldarsa və hakimiyyətə qarşı olan müxalif quruplar, etnik quruplara mənsub olan təşkilatlar öz içlərində ortaq nüqtələrə dayanaraq hakimiyyətə qarşı dayanışma, həmrəylik göstərə bilsələr İran rejiminin yaxın gələcəkdə çöküşü qaçılmazdı. Vurğulamaliyam ki, İranda yaşayan millətlərin öz müqqədəratını təyin etmə hüququnu qazanmaq üçün hal hazırda birinci lazımı şərt İran rejiminin dağılmasıdır. Ama sadəcə bu şərt kifayət qədər yetərli deyil bəlkə bunun üçün digər amillərin də təsirini nəzərə almaq lazımdır.

Geri dön