Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Azərbaycanda Türk mənşəli tayfaların bölgələr üzrə yerləşməsi – TARİXİ SİYAHI
Azərbaycanda Türk mənşəli tayfaların bölgələr üzrə yerləşməsi – TARİXİ SİYAHI |
Uzun illər tarixçilər arasında Azərbaycan ərazisində yaşayan türklərin regiona X-XI əsrdə gəldiyi kimi absurd fikirlər səsləndirilir.
Əslində bu tip məlumatlar düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Son illər üzə çıxan araşdırmalar Altay teoriyasının əslində səhv olduğunu üzə çıxarıb. Məhəmməd Həsən Baharlı “Azərbaycan” adlı əsərində (Bakı, 1921-ci il) XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanda Türk kimlikli tayfaların qəzalara görə yerləşim sahəsini belə təsvir edir: Kəngərlər – Naxçıvan, Göyçay, Cavanşir, Şuşa Kumanlu – Bakı Çəkirli – Şamaxı Xələc – Göyçay, Cavad, Zəngəzur Şamlu – Göyçay və Ağdaş Qaramanlu – Cavad Aydınlı – Quba Yıva – Naxçıvan İmrəli -Cavad, Cavanşir, Şuşa, Şamaxı Dögərlər – Gəncə Bayatlar -Göyçay, Cavad, Quba, Şamaxı və Şuşa Zülqədər – Gəncə və Şəmşədil Qacarlar – Göyçay, Cavad, Quba və Şuşa Baharlı – Şuşa və Zəngəzur Ustaclu – Quba Padar – Quba, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Nuxa, Kürdəmir, Dərbənd Xəlili – Şamaxı, Quba, Göyçay, Cavad, Ağdaş, Naxçıvan Sor-sorlar – Göyçay, Şamaxı və Quba Çobanlı – Şamaxı və Cavad Tatarlar – Gəncə, Cavanşir Qaraqoyunlu – Cavanşir, Göyçay, Gəncə, Zəngəzur, Nuxa və Quba Bucaqlar – Göyçay, Cavad, Ağdaş, Nuxa. 1856-cı ilin “Qafqaz təqvimi”ndə isə Azərbaycan türklərinin əsasən bu tayfalardan ibarət olduğu göstərilir: Xələc, Alpavud, Qaraböruk, Çepni, Qaratəkin, Dizaxlu, Bayandurlu, Qarayundlu, Quzanlu, Qazaxlu, Kumanlu, Börcanlı, Qaramanlı, Türkan, Tərəkəmə, Cəlayiri, Şahsevənli və s. qədim türk tayfaları. Sənan Turanlı Qılıncarslan Türk Tarixi tədqiqatçısı, araşdırmaçı yazar Geri dön |