Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > ŞAMAXIDA QƏDIM TÜRK TAYFALARINA AID DAMĞALAR AŞKAR EDILDI
ŞAMAXIDA QƏDIM TÜRK TAYFALARINA AID DAMĞALAR AŞKAR EDILDI |
2019-cu ilin mart ayında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. A.Quliyevin rəhbərliyi ilə Şamaxı-Ağsu arxeoloji ekspedisiyası Şamaxı rayonunun Dəmirçi kəndi yaxınlığında İlk orta əsrlərə aid yaşayış yerində arxeoloji tədqiqat işləri həyata keçirmişdir.
Qeyd edək ki, 2018-ci ildə burada aparılan arxeoloji tədqiqatlar zamanı çay və qaya daşlarından inşa edilmiş qala divarları aşkara çıxarılmışdır. Qalanın daxılıində aparılan arxeoloji qazıntılar zamanı müxtəlif formalı və ölçülü saxsı şirsiz qab fraqmentləri, dəmirdən hazırlanmış ox ucları, nizə başlıqları, qılınc fraqmentləri, tunc şeşpər, möhür-üzüklər, əqiq və pastadan hazırlanmış muncuqlar və s. aşkar edilmişdir. Əldə edilmiş maraqlı tapıntılardan biri, tuncdan hazırlanmış şeşpərdir. Şeşpərin haçalarından ikisi, çox güman ki, döyüş zamanı qırılmışdır. Qeyd edək ki, bu tip şeşpər Azərbaycan ərazisindən ilk dəfədir ki, aşkar edilir. Bu il tədqiqatlar qala divarının daxilində yeraltı anbarda aparılmışdır. Anbarda aparılan qazıntılar zamanı 7 ədəd iri küp müəyyən edilmişdir. Küplərdən ən böyüyünün hündürlüyü 1,65 m. təşkil edir. Küplər yerə basdırılmış, ağız hissəsi yastı daşla bağlanmışdır. Torpağın ağırlığından küplərin demək olar ki, hamısı çatlamışdır. Müəyyən edildi ki, bu küplərin ikisinin daxilində şərab, digərlərində isə taxıl məhsulları saxlanılırmış. Küplərin ikisinin üzərində qədim türk tayfalarına aid damğalar həkk edilmişdir. Damğalar küplərin boğaz hissəsinə, hazılanma zamanı, yaş gilin üzərinə barmaq vasitəsi ilə basılaraq həkk edilmişdir. Çəllək formalı küpün üzəri cızma üsulu ilə dağ və dalğa formalı naxışlarla bəzədilmişdir. Aşkar edilmiş maddı-mədəniyyət nümunələri Dəmirçi arxeoloji muzeyinə təhvil verilmişdir. Hazırda saxsı məmulatlar mütəxəssislər tərəfindən bərpa edilir. Damğalar üzərində aparılan tədqiqatlar onların hansı tayfalara mənsub olması məsələsinə də, aydınlıq gətirəcək. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi Geri dön |