Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Güney Azərbaycalı fəalın məqaləsi İranda inqilab keşikçilərini hərəkətə gətirib
Güney Azərbaycalı fəalın məqaləsi İranda inqilab keşikçilərini hərəkətə gətirib |
İran İslam hakimiyyətinin terrorçu qüvvələrinə mənsub olan bir çox internet saytları Güney Azərbaycan Milli Hərərkatının fəalı Elçin Hatəminin İranın iqtisadiyyatı ilə bağlı fars dilində yayılmış məqaləsinə kəskin raksiya verib. Elçin Hatəminin “OLAYLAR”a verdiyi məlumata görə, SEPAH-a bağlı olan orqanların internet saytları o cümlədən, ammarname, basijnew, daynews, nedayeenghelab, nedaonline, kalame, rifna, yalasarat, hamasehnews, ilamefarda, ravayatnews , ghatreh , bir çox bloqlar və bir rəsmi qəzet vataneemruz qəzeti yazıblar ki, düşmən qüvvələri istəyir ki, cəmiyyət içindəki iqtisadi böhrandan istifadə etsinlər və xalqı xüsusilə etnik bölgələrində yaşayan millətləri hakimiyyətin əleyhinə qaldırsınlar. Bu saytlar dövlətin bütün idarələrini xəbərdarlıq edərək diqqətli olmaqa çağırıblar. Saytlar Elçin Hatəminin məqaləsinin başlığı və məqalənin bir neçə paraqrafı qeyd edilib.
Qeyd edək ki, Elçin Hatəmi “İran daxilində aclıq və sosial hərəkətlər” adlı məqaləsində İran hakimiyyətinin yanlış siyasəti nəticəsində xalqın düşdüyü pis iqtisadi şəraitdən və ədalətsizlikdən danışıb və sosial hərəkətlər o cümlədən etniklərə mənsub olan milli hərəkətləri və onların fəallarına rejimlə mübarizədə ölkə daxilində yaranan bu iqtisadi böhrandan istifadə etmələrini və bunun nəticəsində əhalinin əksəriyətini rejimin eleyhine səfərbər etmələrini təklif etmişdi. Güneyli fəalın fikrincə, İranda əhalinin əksəriyyəti xüsusən etniklərə mənsub vətəndaşlar dövlətin yanlış siyasəti nəticəsində həyata keçirilən ağır iqtisadi şəratitdən əziyyət çəkillər və ölkədə yoxsulluq, hərc-mərclik baş alıb gedir. Xatırladaq ki, İran rejiminin təqibi nəticəsində ölkəni tərk etmiş Milli Hərəkat fəalı Elçin Hatəmi BMT-nin Qaçqınlar Komitəsinin statusu altında siyasi qaçqın olaraq Türkiyədə yaşayır. Milli fəal həyatının təhlükə altında olduğunu, İranın terror təşkilatlarının hər an ona və ailəsinə zərər verə biləcəyini bildirib Geri dön |