Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Valideyn zorakılığı azyaşlını xəstəxanalıq edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Valideyn zorakılığı azyaşlını xəstəxanalıq edib

Valideyn zorakılığı azyaşlını xəstəxanalıq edib


158 nömrəli tam orta məktəb şagirdi valideyn zorakılığından əziyyət çəkib.

Məktəbdən verilmiş məlumata əsasən, bir nəfər ibtidai sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) 15.04.2019-cu il tarixdə müəllimə müraciət edərək ayaqlarının ağrıdığını bildirib.

Şagirdin bədəninə baxış keçirilən zaman müəyyən edilib ki, onun hər iki ayağının yuxarı nahiyəsində çoxsaylı göyərmələr var.
Uşaqla aidiyyəti şəxslərin iştirakı ilə söhbət aparılıb və onun evdə atası tərəfindən döyüldüyü bilinib.

Uşağın müayinəsi məqsədilə təcili-tibbi yardıma müraciət olunub və azyaşlı xəstəxanada həkim nəzarətindən keçib.

Operativ olaraq faktın araşdırılması və zəruri qanuni tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya müraciət olunub.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma aparılır.

Geri dön