Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > MİSKİN ABDAL POETİKASI X YAZI (əvvəli doqquzda)
MİSKİN ABDAL POETİKASI X YAZI (əvvəli doqquzda) |
Aşağıda Miskin Abdalın dilindən gələn bayatılat folklordan gələn nəzm növüdür. Ustad bu bayatılarda öz həyatınında baş verən acılı-kədərli günlərini xatırlayır. Bayatılarda hiss və duyğular ən çox bədii təsvir vasitələrinin metafora məcazı ilə ifadə olunur, yəni əşyanın əlaməti dərdə uyğun köçürülmədə yaxın oxşarlıq yaradılır. Bu metafora məcazları deyimin emosiyasını gücləndirir. Məsələ: “Dünya bir pəncərədir, Hər gələn baxar gedər.” misrasında insan ömrünü pəncərədən baxmaq (dünyaya baxmaq) kimi oxşar əlamətə bənzətmək və bu baxmağın, müşahidənin daimi olmadığı, bir uzun-qısa ömürlə başa çatdığı deyilir və s.
Ustadın sevgilisi Sənubər xanımın gənc ikən 19-20 yaşında dünyasını dəyişməsindən sonra dediyi bayatılar qəlbinə vurulan yaraların ahu-zarı, nidalı sədalarıdır.. Bayatıların sırasında daha çox kədərli olan: “Hanı o bir cüt balam: Həsənim, Əlim, dağlar?!” misralarıdır və bu bayatıda ustad iki azyaşlı oğul övladlarının qar-borana düşüb həlak olmalarını ürək yanğısı ilə xatırlayır. BAYATILAR (saz havacatı üstündə deyilir) Ağ sular axar gedər, Dağları yıxar gedər. -metafora… Dünya bir pəncərədir, Hər gələn baxar gedər. -metafora… Əzizim, göycə dənəm, -göycə-təzə… Kim görüb Göyçədə nəm? -rütubətli hava… Hər kəsin öz eli var, Mən ulu Göyçədənəm. Aşağıdakı “Basarkeçər” bayatısında Teymurləngin yürüşü zamanı Göyçə bəylərinin diplomatik gedişləri sayəsində qoşuna ərzaq verilməsi və Teymurləng qoşununu ərazidən sülh şəraitində keçməsi hadisəsi təsvir olunur. Teymurləng susar keçər, Qan tökməz, basar keçər, Toy-bayramdır Göyçədə, Ad qalar: ’’Basarkeçər”. Aşağıdakı “Neylim” bayatısında Miskin Abdalın ilk segili xanımı Sənubərin ölümündən sonra tənha, acılı günlərdən bəhs olunur. Mən aşıq, saza neylim? Nəs gələn yaza neylim? Öldü, qaldım zuluma, Bu gəlin-qıza neylim. Aşağıdakı bayatılarda bədii təsvir və ifadə vasitələri işlədilməklə lirik lövhələr təqdim edilmişdir. Semantikada ümumi kədər, qəm duyğuları məcazlar vasitəsi ilə, emosiyalar ilə ifadə olunur. Bayatılarda qeyd etdiyimiz kimi, məcazlardan ən çox metaforadan istifadə edilir. Ağlaram, ağım ağlar, Sol yanım, sağım ağlar, -metafora… Bülbüləm dar qəfəsdə, -metafora… Bağbansız bağım ağlar. -metafora… Təmizləyin axırı, Tez qaytarın naxırı, Bəlkə, gəlib çatıbdı Bu dünyanın axırı? -metafora Ağ suları sonalım, Otağı zər xanalım, -təşbeh Kimə dedi sözünü, Barmaqları xınalım? Teyim-teyim teylədim, Bu qışı yaz eylədim. -metafora Ayırdı yardan məni, Bu fələyə neylədim? -bədii sual Aşağıdakı bayatıda Miskin Abdal Səniubər xanımı vaxtız əcəlin aparması faciəsini “vədəsiz ölən gəlin” mirasında metonimiya məcazı ilə emosional yad edir. Təbrizdən gələn gəlin, Danışıb gülən gəlin, -metonimiya Əhdinə xilaf çıxdın, Vədəsiz ölən gəlin. Aşağıdakı bayatıda semantika ondan ibarətdir ki, şər qüvvələrin bəd əməllərinin təsirindən sevənlər qovuşa bilmir. Ovçular çıxır ova, Gədikdə tapır yuva, Maralından ayırar, - yardan ayrı düşmək.. Ceyranı qova-qova. Saza qara bağlaram, Sinələri dağlaram, Gecə-gündüz ah çəkib, Zulum-zulum ağlaram.- mübaligələr… Bu dağlar – zulum dağlar, Kəsilib yolum, dağlar, Hanı o bir cüt balam: Həsənim, Əlim, dağlar?! –bədii sual… Aşağıdakı bayatıda semantika- Miskin Abdalın ikinci həyat yoldaşı Həlimə xanım iki azyaşlı Həsən və Əlinin ölümündən çəkdiyi acılar. Bu bələni dağ kəsər, Ürəyim tel-tel əsər, Ana ’’balam, vay!” – deyib, Dörd yanı mələr, gəzər. –metafora… Bu dağlarda dağım* var,-həsrətim-metonimiya Ölənim var, sağım var, Ağla gözlərim, ağla, Dil deməyə ağım* var. -həyatın acıları xatırlanır. . ARDI VAR… -- Niftali Goyceli Geri dön |