Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ÜST: Qızılca bəzi ölkələrdə 4 dəfə artaraq epidemiya halını alıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > ÜST: Qızılca bəzi ölkələrdə 4 dəfə artaraq epidemiya halını alıb

ÜST: Qızılca bəzi ölkələrdə 4 dəfə artaraq epidemiya halını alıb


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qızılca xəstəliyi ilə bağlı yeni hesabat açıqlayıb. Hesabatda dünyada qızılcaya yoluxma sayının sürətlə artdığı bildirilir.

ÜST bəyan edib ki, qızılcaya yoluxanların sayı bu ilin ilk 3 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə artıb.

Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Konqo, Efiopiya, Sudan, Tayland və s. ölkələrdə qızılcanın daha çox yayıldığı, epidemiya halını aldığı vurğulanıb. Qeyd olunub ki, qızılca uşaqlar da daxil olmaqla, çoxlu sayda insanın ölümünə səbəb olub.
2017-ci ildə 110 min nəfər qızılcadan ölüb. Ən inkişaf etmiş ölkələrdə də qızılca yayılıb, hətta xəstələrin xəstəxanaya yatırılması halları var.

Qızılcanın beyin problemi, eşitmənin itməsi, korluq və digər ciddi fəsadları qeydə alınır. Xəstəliyin ilkin əlamətləri isə yüksək hərarət, halsızlıq, öskürək, burun axıntısı, gözlərdə qızartıdır. Sonradan bu əlamətlərə bədənin hər yerini əhatə edən qırmızı səpgilər əlavə olunur.

Geri dön