Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Marneuli rayon icra hakimiyyəti başçısı vəzifəsi uğurunda 15 namizəd mübarizə aparacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Borçalı > Marneuli rayon icra hakimiyyəti başçısı vəzifəsi uğurunda 15 namizəd mübarizə aparacaq

Marneuli rayon icra hakimiyyəti başçısı vəzifəsi uğurunda 15 namizəd mübarizə aparacaq


Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun icra başçısı vəzifəsi uğrunda mübarizə aparacaq namizədlərin sayı 15-ə çatıb.

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) 15 iddiaçının namizədliyini təsdiqləyib.

MSK-nın Marneuli dairə seçki komissiyasının rəhbəri Koba Asanidze bildirib ki, namizədlərin 14-ü siyasi partiya, 1-i təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 4-ü azərbaycanlı, 11-i gürcüdür.

Azərbaycanlı namizədlər - hakim “Gürcü arzusu - demokratik Gürcüstan” Partiyasından Zaur Darğallı, “Avropalı Gürcüstan” partiyasından Əhməd İmamquliyev, əsas ana müxalifət “Vahid Milli Hərəkat” Partiyasından Aqil Mustafayev və gənclərdən ibarət təşəbbüs qrupundan Əli Bədirovdur.

Rayon rəhbəri vəzifəsi uğrunda mübarizə aparacaq gürcü namizədlər - “Xalq üçün dövlət hərəkatı”ndan Yelene Qabinaşvili, “Xristian Demokrat Hərəkatı”ndan Beka Svanidze, “Azad Gürcüstan” partiyasından Nino Curxadze, “Sakartvelo” partiyasından Leila Xaraişvili, “Azad Gürcüstan uğrunda hərəkat”dan İrena Sturua, “Yeni Xristian Demokratlar” partiyasından Lisa Sixarulidze, “Yeni Gürcüstan siyasi platforması”ndan Niniko Çxetia, “Azadlıq – Zviad Qamsaxurdiya yolu” partiyasından Malxaz Qorqaslidze, “Gürcüstanın veteranlar və vətənpərvərlər siyasi hərəkatı”ndan Eliso Kartvelişvili, Milli Demokrat Partiyasından Cano Jvania, “Xristian Mühafizəkarlar” Partiyasından İlya Patarayadır.

Mayın 19-da Gürcüstanın bir neçə bölgəsində, mer və icra hakimiyyəti başçısı, eləcə də parlamentdə boş qalmış deputat yerlərinə seçkilər keçiriləcək.



Xətayi Əzizov

Geri dön