Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda 33 qeyri-islam təmayüllü dini icma var - Mübariz Qurbanlı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İslam dini > Azərbaycanda 33 qeyri-islam təmayüllü dini icma var - Mübariz Qurbanlı

Azərbaycanda 33 qeyri-islam təmayüllü dini icma var - Mübariz Qurbanlı


Aprelin 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Fransa hökumətinin Azərbaycanda səfərdə olan dini işlər üzrə məsləhətçisi Jan-Kristof Paskal ilə görüşüb.

Mübariz Qurbanlı təkcə Fransanın deyil, Avropanın ən möhtəşəm tarixi-memarlıq abidələrindən biri olan Notr-Dam kilsəsində baş vermiş yanğınla bağlı dərin təəssüf hissi keçirdiyini və qədim dini abidənin tezliklə bərpa ediləcəyinə ümidvar olduğunu deyib.

Ölkələr arasında siyasi və humanitar yönümlü əlaqələrin mövcudluğundan danışan Mübariz Qurbanlı 2015-ci ildə Fransaya səfərini və keçirdiyi görüşləri xatırladaraq, səfər çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində Parisdə keçirilən konfransda bir sıra aktual məsələlərin müzakirə edildiyini söyləyib, eyni zamanda bu görüşlərin əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Ölkəmizdəki tolerantlıq mühitindən bəhs edən Komitə sədri bildirib ki, Azərbaycanda bütün dini inanclara, onların mənsublarına hörmətlə yanaşılır. Ölkə ərazisində 33-ü isə qeyri-islam (xristian – 22; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllü olmaqla 925 dini icma dövlət qeydiyyatına alınıb. Əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, burada bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Eyni zamanda, ölkə ərazisində mövcud olan İslam dini abidələri ilə yanaşı, digər dinlərə aid ibadət ocaqları maddi-mənəvi irs kimi qorunub-saxlanılır. Mübariz Qurbanlı diqqətə çatdırıb ki, Azərbaycanda multikultural mühitin inkişafı yönündə ardıcıl, məqsədyönlü addımların atılması, xüsusilə cənab Prezident İlham Əliyevin multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirməsi respublikanın gerçəkliklərinin genişmiqyaslı ifadəsinin daha intensiv xarakter alması baxımından olduqca əhəmiyyətlidir.
Qonağı rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumatlandıran Komitə sədri dini radikalizmə qarşı hüquqi, ideoloji və iqtisadi istiqamətlərdə aparılan mübarizə tədbirləri barədə danışıb. Bildirib ki, öz məqsədlərinə çatmaq üçün dindən sui-istifadə edərək radikal qruplar yaratmaq, ekstremist çağırışlar etmək dünya üçün təhlükəlidir. Bütün dinlərin insanları daim sülhə, ədalətə, haqqa çağırdığını diqqətə çatdıran Dövlət Komitəsinin sədri son dövrlərdə Yeni Zelandiya və Şri-Lankada baş verən amansız terror aktlarının bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayət olduğunu deyib.

Söhbət zamanı Azərbaycan həqiqətlərinə toxunan Dövlət Komitəsinin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində dini-mədəni abidələrimizə qarşı törədilən vandalizm aktlarını diqqətə çatdırıb.

Fransa hökumətinin dini işlər üzrə məsləhətçisi Jan-Kristof Paskal Azərbaycanı müxtəlif mədəniyyətlərə, sivilizasiyalara məxsus insanların birgə və sülh şəraitində yaşaya biləcəyini göstərən ən gözəl nümunə adlandırıb. Qonaq ölkəmizin sivilizasiyalararası dialoqun inkişafına, müxtəlif dini konfessiyalar arasında əməkdaşlığın genişlənməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirib. Jan-Kristof Paskal məhz ölkəmizə səfərinin məqsədinin də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Avropa İttifaqının Bakı Ofisi və Azərbaycan Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən ikigünlük beynəlxalq konfransda iştirak etmək olduğunu deyib.

Görüşdə Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez də iştirak edib.

Geri dön