Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan alimi “MESMAP-5. Tibbi və ətirli bitkilər” adlı Beynəlxalq konfransda iştirak edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Azərbaycan alimi “MESMAP-5. Tibbi və ətirli bitkilər” adlı Beynəlxalq konfransda iştirak edib

Azərbaycan alimi “MESMAP-5. Tibbi və ətirli bitkilər” adlı Beynəlxalq konfransda iştirak edib


Türkiyənin Kappadokiya vilayətində “MESMAP-5. Tibbi və ətirli bitkilər” adlı Aralıqdənizyanı ölkələrin V beynəlxalq simpoziumu keçirilib.
24-28 aprel 2019-cu il tarixlərində Türkiyənin Kappadokiya vilayətində “MESMAP-5. Tibbi və ətirli bitkilər” adlı Aralıqdənizyanı ölkələrin V beynəlxalq simpoziumunda Azərbaycanı AMEA Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov təmsil edib.

Beynəlxalq tədbirdə “Hirkan florasının bitki biomüxtəlifliyinin müqayisəli təhlili” adlı məruzə ilə çıxış edən Azərbaycanlı alim Hirkan florasında biomüxtəlifliyin mövcud vəziyyəti, onun qorunması istiqamətində görülən işlər barədə məlumat verib.
Bu istiqamətdə aparılan tədqiqat işlərindən danışan T.Məmmədov qeyd edib ki, Dendrologiya İnstitutunun əməkdaşları Hirkan florasının hərtərəfli monitorinqini aparır, nadir və nəsli kəsilməkdə olan bitkiləri tədqiq edir. Ərazidə olan 26 fəsilə 40 cinsə aid 60 növ nadir və nəsli kəsilməkdə olan ağac- kol bitkisinin təbii arealları, populyasiyalarda fərdlərin yayılması göstərilməklə, yaşlı nüsxələr üzərində dendroxronoloji tədqiqatlar aparılmışdır. Aparılan müşahidələr nəticəsində məlum olmuşdur ki, Hirkan florasında əksər növlərin arealları əvvəlki illərə nisbətən kiçilmiş, say nisbəti azalmış və bir çox növlər məhv olma təhlükəsindədir. Bu baxımdan ərazidə aparılan monitorinqlər və təhlillərdə bitkilərin areallarnın kiçilmə səbəbləri araşdırılmış, həmin bitkilərin ƏMBMİ-nın (İUCN) 3.1 versiasına əsasən təhlükə meyarları müəyyən edilmişdir. Tədqiqat işində, növlərin bioloji xüsusiyyətləri, təbii ehtiyatının dəyişilmə səbəbləri və mühafizə tədbirləri işlənilib hazırlanmışdır. Nadir-nəsli kəsilməkdə olan ağac-kol bitkilərinin herbariləri toplanmışdır.

Azərbaycanlı alimin məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb suallar cavablandırılıb.
AMEA Dendrologiya İnstitunun məlumatı

Geri dön