Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > GÜNEY XƏBƏRLƏRİ
GÜNEY XƏBƏRLƏRİ |
Rəsmi Tehranın Türkiyə və Amerika ilə bağlı yeni açıqlaması
Oktyabrın (October) 21-də jurnalistlərə açıqlama verən İranın müdafiə naziri Əhməd Vəhidi NATO-nun Türkiyədə yerləşdirdiyi hava hücumundan müdafiə sistemindən və ABŞ-ın (Amerika Birləşmiş Ştatları) İrana qarşı hərbi hücumundan danışıb. Türkiyə hökuməti NATO-nun bu sisteminin ölkə ərazisində quraşdırılmasına ötən ay razılıq verib. Əhməd Vəhidi NATO-nun Türkiyədə yerləşdirdiyi raket sistemi haqda İranın mövqeyini açıqlayıb: “NATO-nun hava hücumundan müdafiə sisteminin Türkiyədə yerləşdirməsi haqda bizim mövqeyimiz dəyişməyib. Bu təşəbbüs yaxşı addım deyil və bölgənin təhlükəsizliyinə problem yaradacaq”. Əhməd Vəhidi Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Adil əl-Cəbiri qətlə yetirmək üçün terror planında (tərhindən) İranın günahlandırılmasını ABŞ-ın İrana qarşı yeni ssenarisi adlandırıb: “Bu, amerikalılar üçün siyasi bir rüsvayçılıqdır. Onlar siyasi problemlər içində qərq olduqları üçün belə əsassız iddialar irəli sürür. Bəzi təhlilçilərin fikrincə isə bu cür ssenarilərlə İrana qarşı hücuma keçmək üçün bəhanə axtarırlar. Baxmayaraq ki, onların belə bir hücuma əl atması gözlənilmir, lakin bununla belə, İran Silahlı Qüvvələri onların hər hansı mümkün hücumuna çox kəskin cavab verəcək”. İran və Rusiyadan Ermənistana böyük jest Oktyabrın 23-25-də Moskvada yüksək səviyyəli Rusiya-Ermənistan görüşü keçiriləcək. Ermənistan prezidenti Serj Sarkisyan bu məqsədlə Rusiyaya rəsmi səfər edəcək. Prezident Dmitri Medvedevin dəvəti ilə həyata keçiriləcək səfər zamanı oktyabrın 24-də ölkə başçıları Kremldə danışıqlar aparacaq. İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar da Ermənistana səfər edəcək. Noyabrın (November) 6-7-də gerçəkləşəcək səfər zamanı ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və sərhəd təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunacaq. Geri dön |