Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Gələn yüzillikdə buzlaqların əksəriyyəti tamamilə yoxa çıxa bilər
Gələn yüzillikdə buzlaqların əksəriyyəti tamamilə yoxa çıxa bilər |
Yeni Zelandiyadakı Frans-İosif buzlağı hər zaman öz ölçüləri ilə fərqlənib. Lakin son on il ərzində o, əhəmiyyətli dərəcədə kiçilib. Bu illər boyunca buz nəhəngi 800 metr geri çəkilib. Bunu səyahətçilər üçün turist cığırlarında quraşdırılmış məlumat stendləri sübut edir.
Bu barədə “Euronews”a istinadla xəbər verir. İsveçrənin Sürix Universiteti nəzdindəki Buzlaqların Monitorinqi üzrə Beynəlxalq Mərkəzdə professor Mixael Sempin rəhbərliyi altında çalışan alimlərin hesablamalarına görə, Yeni Zelandiyada buzlaqların əriməsinə Dünya okeanında suyun səviyyəsinin qalxması da səbəb olub. “1961-ci ildən başlayaraq buzlaqlar 9 trilyon tondan çox buz itirib. Bu, böyük rəqəmdir. Mən bunu sahəsi Almaniyanın ərazisi qədər, qalınlığı 30 metr olan nəhəng buz kütləsi kimi təsəvvür edirəm. Buzlaqlar baş verənlərə müəyyən bir vaxtdan sonra reaksiya verirlər. Bu səbəbdən hətta biz atmosferə atılan tullantıları dayandırsaq belə, buzlaqlar yenə də kilometrlər boyu əriməkdə davam edəcəklər. Çünki onlar ötən illərdəki iqlim dəyişmələrinə hələ tam reaksiya verməyiblər”, - deyə Mixael Semp bildirib. Beynəlxalq alimlər qrupu tərəfindən təqribən 19 min buzlaqda aparılan tədqiqatın nəticələrinə görə, onların əriməsinə Dünya okeanının təxminən üçdəbir səviyyəyədək qalxması səbəb olub. Bəzi mütəxəssislərin fikrincə, gələn yüzillikdə buzlaqların əksəriyyəti tamamilə yoxa çıxa bilər. Geri dön |