Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Mənim daş yaddaşım- mənim əlifbam və yaxud yıxdı bizi yad daşların əlifi də,beyi də
Mənim daş yaddaşım- mənim əlifbam və yaxud yıxdı bizi yad daşların əlifi də,beyi də |
Hər obanın daş yaddaşı -əlifba.
Yıxdı bizi əlifi də,beyi də... Baxır bizə məlul-məlul babamız Susur yurdun ağıllısıi,keyi də.... Bu nə hoqqa,bu nə oyun- bilinmir, El işgüzar-burda heç kəs ərinmir. Tarixlərdə tarix olan ağlımız Baxır bizə, bizdə ağıl görünmür... Yaddaşlardan uçub gedib gücümüz, Babaların yazısına - göz yoxdur. Allah bizi niyə belə yaratdı, Biganəlik bu qədərmi?... .....................................Söz yoxdur... Dəyişdilər əlifbanı yüz dəfə, Atılan daş dəyə-dəyə hədəfə, Dünənimiz yaddan çıxdı,oxlandıq Qənim çıxdı onda xələf sələfə. Baş daşları- nəsillərə yadigar, Daşdır durub,bir daş kimi adı var. Bu nə yazı-baş daşında yazıblar, Bilən varsa,xəbər versin nə olar? Hafizəmiz əsrlərlə kütləşıb, Kişilər var sağlığında bütləşib. And içirik babamızın goruna... O yazıqlar bizdən ötrü əlləşib... Ay burada yatan baba, adın nə? Əlifbalar saldı bizi çətinə... Söyür bizi hər yerindən duranlar, Bu günahı deyək axı biz kimə? Sən - ey mənə ağıl verən vətəndaş, Kəs səsini,sus,danışma,ol bir daş... Nə qədər ki,babam yazan məktubu, ...Oxumağım müşkül nənə - uzaqlaş... Bağlamışıq qəbirlərin ağzını, Axtarırıq söz deyənin ...ağlını ... Bu əlifba, bu əliflər,bu beylər, Çatlatdılatr yurdumuzun bağrını... Hər obanın qoçusundan, gicindən, Dürüstündən,onun "na-"lı bicindən... Oyun,düyün rəmzi olan əlifba Güçlü imiş min ordunun gücündən... Əlfbamız -xalçaların yazısi, Yoxdur bunun sorğu-sual tərəfi... Əlifbamız- babaların baxışı Açın,açın düyünlənmiş kələfi !!!. Nazim Nəsrəddinov, Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq 08.05.2019. Geri dön |