Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Afişa > Musiqili Teatrda “Buratino” nümayiş olunacaq
Musiqili Teatrda “Buratino” nümayiş olunacaq |
Mayın 12-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı görkəmli rus yazıçısı Aleksey Tolstoyun 1936-ci ildə qələmə aldığı “Qızıl açar və yaxud Burotinonun macəraları” povesti əsasında hazırlanan “Buratino” nağıl-tamaşası ilə balaca teatrsevərlərin görüşünə gələcək.
Yaradıcı gənclərə dəstək məqsədilə səhnəyə qoyulan tamaşanın bədii rəhbəri sənət ocağının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. Dünyanın bir çox teatr məkanlarında tamaşaçılara müxtəlif versiyalarda göstərilən oduncaq adam - Burtino haqqında rəvayətlər bu dəfə Musiqili Teatrın gənc rejissoru Elməddin Dadaşovun quruluşunda və fərqli şəkildə təqdim olunacaq. Qeyd edək ki, istedadlı rejissor 2011-ci ildə bu tamaşanı Musiqili Teatrın nəzdində fəaliyyət göstərən Uşaq Yaradıcılıq Studiyasında səhnəyə qoyub. Tərcüməsi Əməkdar artist Nicat Kazımova aid olan Buratino haqqında məşhur nağıla o, indi tamam fərqli aspektdən yanaşıb. Gözəl musiqilərlə müşayiət olunan, rəngarəng səhnə dekorasiyası ilə zövq oxşayan “Buratino”nun maraqlı süjet xətti var. Tənha qoca Karlo kiçik daxmasında oduncaqdan insan fiquru düzəldir, lakin həmin əşya canlıya çevrilir. Uzun burnu olan, şıltaq, inadkar, bu qeyri-adi taxta oğlan - Buratino atası hesab etdiyi Karlonu çox sevsə də, nəzakət qaydalarından çox uzaq, tənbəl, dərs oxumağı sevməyən biridir. Yaxşı cəhətləri isə, sadiq dost olmağı bacarmağı və məcara dolu təhlükəli anlarda meydana cəsur igid kimi atılmağıdır. Hətta Karlonun daxmasında yaşayan danışan cırcırama da Buratinoya məktəbə getməsi, savad alması, ağıllı olması barədə məsləhət verir. Lakin o, məsləhətdən imtina edir. Bir gün Karlo tənbəl oğlunu ruhlandırmaq üçün ona “Əlifba” kitabı alır ki, bəlkə onu məktəbə göndərə bilsin. Buratino isə yolda kukla teatrının aktyorlarını görüb, fikrini dəyişərək tamaşaya getmək qərarana gəlir. Karlo onun istəyini yerinə yetirir və teatra bilet alır. Beləliklə, Buratinonun həyatında yeni bir səhifə açılır, o, səyyar kukla teatrının tamaşaçısına çevrilir. Bəs daha sonra nələr olur? “Buratino” tamaşasına baxanlar bu sualın cavabını tapa biləcəklər. Əməkdar artistlər Səmayə Musayeva, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Hüseyn Əlili, Səmədzadə Xasıyev, Zaur Əliyev, Mehriban Rəcəbova, Elnarə Nağdəliyeva, Gülçöhrə Abdullayeva, Nərmin Əliyeva, Eleanora Mehdiyeva, Rauf Babayev, Yuliya Heydərovanın ifa etdikləri maraqlı rollar balaca tamaşaçıları əsil möcüzələr aləminə aparacaq. Səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Elməddin Dadaşov, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır. Geri dön |