Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Alpinistlər silsiləsi-II şeir - İtirmişik yuxumuzu, qalanımız ağrımızdır...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Alpinistlər silsiləsi-II şeir - İtirmişik yuxumuzu, qalanımız ağrımızdır...

Alpinistlər silsiləsi-II şeir - İtirmişik yuxumuzu, qalanımız ağrımızdır...


Nə xəbər var, dağçılardan?

İtirmişik yuxumuzu,

qalanımız ağrımızdır...


Neçə gündür yuxu nədir,
dinclik nədir,bilmiəyirik,
bilməyirik..
Üç balamız qar altında ...
Yorğan altda
yatırıq biz,
ölməyiriz,
ölməyiriz...
Həqiqəti duya-duya,
gözümüzü doyə-döyə,
əlimizi uzatsaq da
dua üçün göyə,
göyə...
keyləşirik,
kütləşirik...
daşa dönüb
bütləşirik..
Gərəkdir ki,heyfimizi
o dağlardan alaq,
alaq..
O dağlara,dərələrə,
cığır salaq,
yollar salaq,
yollar salaq...
Pis xəbəri
pis günlərin cadusu tək
cəhənnəmə yola salaq,
yola salaq...

Bu nə işdir,
Vərəvutdan
başım şişdi...
Tanımırıq günahkarı,
bu,tufanmı,
bu küləkmi,
bu zirvəmi,
bu dağ başı,
bu,bir şişmi?
Elmimizin gücü hanı?
Vallah, adam xəcalətdən,
ətalətdən,
eləcə də ədalətdən
utanır ey,
utanır...



Nazim Nəsrəddinov

12.05.2019


Etiket: dağçılar,pis günlərin cadusu,elmimizin gücü,xəcalət,ətalət

Geri dön