Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukrayna Ermənistana gizli silah satır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Ukrayna Ermənistana gizli silah satır

Ukrayna Ermənistana gizli silah satır


Ukrayna gizli yolla Ermənistana reaktiv yaylım atəş sistemi və daşınan zenit-raket kompleksi satışı həyata keçirir.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Sergey Qımızın prezident Viktor Yanukoviçə ünvanladığı məxfi məktubda bu ölkənin əsas silah ixracatçısı olan «Ukrspesexport» Dövlət Müəssisəsi ilə Ermənistanın «DG Arms Corporation» şirkəti arasında «Smerç» reaktiv yaylım atəş sistemi, onun raketləri (12 ədəd) və «İqla» tipli 50 ədəd portativ zenit-raket kompleksinin çatdırılması yolları göstərilib.
Kəşfiyyat Xidmətinin rəisi məktubunda sifarişin çatdırılması üçün MDB və Avropa Birliyi ölkələrində qeydə alınmış saxta firmalardan istifadə olunmasını təklif edib.
Məktubda Ermənistanın artıq müqavilənin dəyərinin 50 faizini ödədiyi, eləcə də Azərbaycanın bundan xəbərdar ola biləcəyi qeyd olunub. Məktubda Azərbaycanla Ukrayna arasında hərbi-texniki və enerji əməkdaşlığını zərbə altında qoymamaq üçün «Ukrspesexport»a «Ermənistanla sazişin həyata keçirilməsi faktından açıq şəkildə imtina etmək, Ermənistan şirkətinə isə «öz ətrafında etibarsız təchizatçı» kimi «Ukrspesexport»un rəhbərliyi və Ukrayna tərəfi arasında münasibətlərin kəskin pisləşməsi barədə arbitraja yalandan müraciət etmək təklif olunub.
Məlumatda həmçinin «Smerç»lərin saxta firmaların vasitəsi ilə Moldova ərazisində konspirasiya şəraitində həyata keçirilməsinə dair təklif yer alıb. Bu zaman məmulatlar üzərində nişanlar dəyişdirilməli, faktın üstü açılacağı halda «İqla» zenit komplekslərinin Liviyadakı üsyançıların öz ölkələrindəki anbarlardan ələ keçirdikləri rəyi formalaşdırılmalı idi.
Ukrayna Müdafiə Nazirliyinin Mətbuat və KİV-lə əlaqələr Departamentinin direktor müavini Valeri Korol məsələni APA-ya şərh etmək istəməyib.

Geri dön