Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Deputat güzəştsiz siyasət tələb etdi.
Deputat güzəştsiz siyasət tələb etdi. |
Bu gün 17.05.2019-cu il tarixində Fərəc Quliyev Milli Məclisin plenar iclasında iki mühüm məsələ ilə bağlı çıxış etdi. Əvvəla son zamanlar Azərbaycanda rus dilinin dilimizi sıxışdırmasına qarşı tədbirlərin görülməsi üçün müzakirə olunan təhsillə bağlı qanunda dəyişikliklə bağlı təkliflər verdi.
İkinci mühüm məsələ olaraq Gürcüstan Azərbaycan sərhəddinin delimitasiyasi ilə bağlı Azərbaycanın haqlı tələblərinin Gürcüstana catdırılmasını və heç bir güzəşt olunmamasını tələb etdi. Hər iki çıxışın tam mətnini və səs yazısını nəzərinizə çatdırırıq. Birinci çıxış: "Sağ olun, Bahar xanım. Bu dəyşiklikdə mütərəqqi məsələlər var . Xüsusi ilə də peşə məktəblərində dərsliklərin verilməsi də yenilikdir və bu sahədə stimul yaradacaqdır. Mən bir başqa məsələyə toxunmaq istəyirəm. Akreditasiya ilə bağlı olaraq rəqəmlər var. Məktəbə qədər təhsil müəssisəsi, ümüumi təhsil müəssisəsi açılanda ödəmələr nəzərdə tutulub. Son zamanlar Azərbaycanda baş verən tendensiyaya diqqətinizi çəkmək istəyirəm. Deyim ki, son vaxtlar təhsildə rus dillində təhsil alanların sayı artıbdı, ümumilikdə 5 %-ə çatıbdı və bu çox böyük rəqəmdir. Xeyli rus dilli məktəblər vardır, xeyli rus dilli universitetlərin filialları burda açılmağa başlayıbdı. Televiziyalarda xüsusi olaraq rus dili ilə bağlı olaraq geniş proqramlar verilməyə başlayıbdı. Çox təəssüf olsun ki Türkiyə filmini burda göstərəndə tərcümə ilə verirlər amma rus dilində olan filmlərdə, verilişlərdə bu nəzərə alınmır. Bu tendensiyanı qırmaq üçün Azərbaycanda məhz türk dilində, Azərbaycan türkcəsində açılacaq müəssisələrə rüsumlarda güzəştlərin nəzərdə tutulmasını mən uyğun hesab edirəm. Həm də Türkiyə iş adamları bir vaxtlar burda məktəblər açmışdı, sonradan məlum səbəblərdən bunların bir qismi bağlandı .Hərçənd ki, bir məsciddə molla pis olanda məscidi bağlamırlar mollanı dəyişəndə məsələlər düzələr ,mən hesab edirəm ki, belə müəssisələrdə Türkiyə dövlətçiliyini, Azərbaycan-Türkiyə münasibətlərini saxlayan mütəxəssislər qalmaq şərtilə Türkiyənin burda açdığı məktəblərin çox olması üçün Türkiyədən gələn bu cür məktəblər açmaq istəyənlərə də güzəştlərin nəzərdə tutulması lazımdır. Biz dilimizin qorunması üçün, Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə davam eləməsini təmin eləmək üçün bu addımı atmalıyıq. Mən təzə bir məlumat oxudum ki artıq türk dilli dövlətlərin ortaq ticarət palatası da yaradıldı. Və bu inteqrasiya getdiyi bir zamanda başqa dillərdə- əcnəvi dillərdə açılacaq məktəblərin, ümüumitəhsil müəssisələrinin, başqa müsəssisələrin açılması ilə türk dilli müəssisələrin açılmasında fərq qoymaq üçün bu rüsumda məncə dəyişiklik etmək və türk dilində açılacaq müəssisələrə rüsumlarda güzəştlərin nəzərdə tutulması lazımdır. Təşəkkür edirəm" Açılmazsa BURAYA TIKLAYIN İkinci çıxış: "Sağ olun, Ziyafət müəllim. Mən də kolleqam Tahir Kərimlinin fikirlərinə tamamilə dəstək verirəm və bu dəyişikliyi dəstəkləyəcəm ,çünki mədəniyyət abidələrimizə olan diqqət daha da artırılır və hesab edirəm ki bizə aid olan harda bir mədənyyət abidəsi varsa ona sahib çıxmağı bacarmalıyıq. Bayaq Ziyafət müəllim çıxışında gözəl bir fikir bildirdi biz bəzi məqamlarda çəkici zindana bir yerdə vurmağı bacarmalıyıq. Bütün hallarda bu təbii ki belə olmalıdır. Dövlət özü bir böyük ailədir. Biz dövlət olaraq ailə yaşamını öyrənməsək başqa bir formada özümüzü qorumaq mümkün olmayacaq. Kənardan olan basqılar da onu göstərir ki, başqa cür davranış mümkün deyil. Elə bu mənada mən Tarix İnstitununa xüsusi təşəkkür edirəm ki, sərhəddə olan məbəd ilə bağlı xüsusi bir açıqlama , bəyanat verdi. Tarixçilərimiz sözünü dedilər. Diplomatlarımız da danışıqlarda demorkasiya ve delimitasiya ilə bağlı olaraq sözlərini deməlidirlər və biz də özümüz həm daxildə siyasi partiyalar, ictimaiyyət nümayəndələri həm də Gürcüstanda yaşayan aborogen Azərbaycan türkləri də fikirlərini bildirməlidirlər. Burda ifadə olunur ki, biz dost xalqlarıq və dostluğu saxlamalıyıq. Təbii Azərbaycan tərəfi özündən asılı olan hər şeyi edib.Amma dostluq dostluq yerindədi, iş iş yerində. Mən baxdım dünən Gürcüstanda Ombudsman özü qeyd edir ki son vaxtlar artıq Azərbaycan şirkətlərinə münasibət orda dəyişilib. Biz bir tərəfli qaydada dostluq deyirik, bunlar fərqli davranırlar. Həmin abidə Azərbaycan abidəsidir, istehkam olub ora, sonra 6-cı əsrdə orda bir kilsə tikiblər. Tikən də türk olubdu. Bizim harda bir abidəmiz varsa özümüzünkünə də sahib çıxmağı bacarmalııyıq, başqasına aid olanlara da sayğı göstərməyi bacarırıq və harda abidəmiz varsa ora bizim ərazimizdir iddiasını da eləmirik. Onda Tiflisdə dağılmış Şah Abbas məscidinin qalıqlarına bir baxsınlar. Nə cür davranırlar onlar.? İndi biz burda məsələ qaldıraq ki Tiflis Azərbaycan ərazisidir dərhal gürcülər çıxsınlar?. Mən əvvəlki çıxışlarımın birin də də qeyd eləmişdim ki, Gürcüstanda yaşayan soydaşlarımza ev , torpaq sahəsi almağı qadağan edibdilər ki, süni Meğri effekti yaratsınlar .Ardınca da bu gün bu hadisələr baş verir. Biz zərrə qədər güzəşt eləsək məsələ əndazəsini aşacaqdır. Sovet dövründə 20 min hektar kənd təsərrüfatı istifadəsi üçün müvəqqəti olaraq Gürcüstana torpaq vermişik biz . Hesab edirəm ki, delimiitasiya məsələlərində elə bu məsələ də qaldırılmalıdır. Müvəqqəti nə qədərə ola bilər ki? Artıq 2019-cu ildi. Biz bu və başqa məsələlərdə dişli siyasət yürütməsək hər küçədən keçən əl qolunu sallıyıb üstümüzə gələcək . Mən indi mövzudan çıxmaq istəmirəm ,amma hesab edirəm hamımız eyni fikirdəyik ki, Dağlıq Qarabağda baş verən hadisələr,, ermənilərin sərgilədiyi davranış arxasında duranlara güvənilib edilən davranışdır. Ziyafət müəllim də çıxışında toxundu bu məsələyə. Amma mən mətbuatda da bildirmişdim ,indi də bildirirəm ermənistanın arxasında dayanan özü bilavasitə işğal siyasəti yürüdərdisə ,biz işğalçı böyükdü deyən qabağından çəkilməli deyildik ki. Biz hamımız birləşməliyik və belə qəbildən olan məsələlərdə çox sərt mövqe qoymalıyıq. Məni Tarix İnstitunun, Ziyafət müəllimin qoyduğu mövqe çox qane elədi. Mən hesab edirəm ki, gücümüz özümüzdədir və biz kifayət qədər bu məsələlərdə dişli siyasət yürütməliyik. Prezidentin qoyduğu əhval ruhiyyənin arxasında dayanmalıyıq. Mən dəfələrlə bunu bildirmişəm ,yenə bildirirəm bəzi məqamlarda məmurların , nazirlərin deməyə çəkindiklərini Prezident ən ali məqamlardan açıq şəkildə bəyan edə bilir. İrəvan haqqında çağırışları olsun, Qarabağ və başqa məsələlərdə olan çağırışları olsun. Biz bütün məsələlərin prezidentin üstünüə düşməsinə imkan verməli deyilik. Parlament özü də dişli siyasət yürütməlidir. Hesab edirəm bu məsələ ilə bağlı ya bir müzakirə keçirilməlidir , və ya ən azından parlament bir bəyanat verib bu məsələlərə münasibət bildirməlidir. Təşəkkür edirəm" Geri dön |