Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Qırmızı soğanın tərkibində xərçəng şişlərinə təsir edən maddələr var
Qırmızı soğanın tərkibində xərçəng şişlərinə təsir edən maddələr var |
Qırmızı soğanın tərkibində olan antosianin adlı maddə xərçəng şişlərinin böyümə sürətini azaltmaq xüsusiyyətinə malikdir.
Kanadanın Quelf Universitetindən olan tədqiqatçılar soğanın 5 müxtəlif növündən alınan kversetin ekstraktının kolorektal xərçəng (bağırsaq xərçəngi) şişlərinin hüceyrələrinə təsirini öyrəniblər. Nəticədə onlar belə qənaətə gəliblər ki, soğanın tərkibindəki maddə şiş toxumalarının böyümə sürətini azaltmaq xüsusiyyətinə malikdir. Bu mövzuda olan tədqiqatların nəticəsi “Food Research International” jurnalında dərc edilib. Ekspertlər qeyd ediblər ki, qırmızı soğanın tərkibi xərçəng şişlərinə qarşı mübarizədə ən güclü effekti ilə fərqlənir. Alimlər laboratoriya şəraitində sınaqlardan sonra bu nəticəyə gəliblər. Onlar bağırsaq şişinin soğan kverseti ekstraktı ilə birbaşa kontaktının nəticəsini müşahidə ediblər. Məlum olub ki, bu komponent xərçəngi süni şəkildə inkişaf etdirərək, DNT-nin zədələnməsinə səbəb olan sərbəst radikalları neytrallaşdırır. Bundan başqa bu birləşmə iltihabəleyhinə təsirə də malikdir. Alimlər müəyyən ediblər ki, qırmızı soğanın tərkibi təkcə kversetinlə zəngin deyil. Bu tərəvəzin tərkibində, həmçinin xərçəng şişləri ilə mübarizəni gücləndirən böyük miqdarda antosianin də var. Geri dön |