Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanla Ukrayna arasında silah qalmaqalı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Azərbaycanla Ukrayna arasında silah qalmaqalı

Azərbaycanla Ukrayna arasında silah qalmaqalı


Səfirlik Ermənistana silah satışı ilə bağlı məxfi məktub barədə rəsmi bəyanat yayıb

Ukraynanın Müdafiə Nazirliyi: «Bu məlumatın yayılması münasibətlərimizi pozmaq üçün göstərilən cəhddir»

Ukrayna gizli yolla Ermənistana reaktiv yayım atəş sistemi və daşınan zenit-raket kompleksi satışını həyata keçirir. Ukrayna Müdafiə Hazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Sergey Qımızın prezident Viktor Yanukoviçə ünvanladığı məxfi məktubda bu ölkənin əsas silah ixracatçısı olan «Ukrsresexrort» dövlət müəssisəsilə Ermənistanın «DG Arms Corroration» şirkəti arasında «Smerç» reaktiv yaylım atəş sistemi, onun raketləri (12 ədəd) və «İqla» tipli 50 ədəd portativ zenit-raket kompleksinin çatdırılması yolları göstərilib. Kəşfiyyat Xidmətinin rəisi məktubunda sifarişin çatdırılması üçün MDB və Avropa Birliyi ölkələrində qeydə alınmış saxta firmalardan istifadə olunmasını da təklif edib. Eyni zamanda o da bildirilir ki, Ermənistan artıq müqavilənin dəyərinin 50 faizini ödəyib. Məktubda o da qeyd olunub ki, Azərbaycan bundan xəbərdar ola bilər. Məktubda Azərbaycanla Ukrayna arasında hərbi-texniki və enerji əməkdaşlığını zərbə altına qoymamaq üçün «Ukrsresexrort»a Ermənistanla sazişin həyata keçirilməsi faktından açıq şəkildə imtina etmək, Ermənistan şirkətinə isə «öz ətrafında etibarsız təchizatçı» kimi «Ukrsresexrort»un rəhbərliyi və Ukrayna arasında münasibətlərin kəskin pisləşməsi barədə arbitraja yalandan müraciət etmək təklif olunub. Məlumatda «Smerç»lərin saxta firmalar vasitəsilə Moldova ərazisində konspirasiya şəraitində həyata keçirilməsinə dair təklif də yer alıb. Bu zaman məmulatlar üzərindəki nişanlar dəyişdirilməli, faktın üstü açılacağı halda «İqla» zenit komplekslərinin Liviyadakı üsyançıların öz ölkələrindəki anbarlardan ələ keçirdikləri rəyi formalaşdırılmalı idi.
Bu məktub artıq Azərbaycanda ciddi narahatlıq doğurub. Bildiyimiz kimi, Bakı ilə Kiyev arasında sıx münasibətlər mövcuddur. Hər iki ölkə GUAM təşkilatında əməkdaşlıq edir. Bundan başqa Azərbaycan ordusunun bir sıra hərbi texnikası məhz Ukrayna istehsalı olan silahlardır. Bir sözlə, Azərbaycanın Ukrayna ilə iqtisadi, siyasi, hərbi əlaqələri onun Ermənistanla olan münasibətlərindən daha sıxdır və strateji əhəmiyyət daşıyır. Amma buna baxmayaraq, Ukraynanın «Ukrsresexrort» vasitəsilə torpaqlarımızın 20 faizini işğal edən Ermənistana silah satması barədə məlumatlar bu münasibətlərə kölgə sala bilər. Təbii ki, bu xəbər təsdiqini taparsa…
Amma politoloq Qabil Hüseynli düşünmür ki, Kiyevin atdığı sözügedən addım onun Bakı ilə münasibətlərinə hər hansı bir şəkildə ciddi təsir göstərsin: «Heç şübhəsiz Ukraynanın Ermənistana silah satması faktı Bakı ilə Kiyevin münasibətlərinə müəyyən təsirini göstərəcək. Amma iki ölkə arasında ümumi münasibətlərə hər hansı bir təsir göstərəcəyinə inanmıram. Azərbaycanın Ukrayna ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Hətta Ukrayna Ermənistanın ölkəmizə təcavüz etməsi faktını da rəsmən qınayıb. Ukrayna açıq şəkildə bəyan edib ki, Azərbaycan Ermənistanın təcavüzünə məruz qalıb və torpaqlarımız işğal olunub. Azərbaycan hazırda Ukraynaya neft satır, onun bir sıra şəhərlərində yanacaqdoldurma məntəqələri açıb. Ticarət və iqtisadiyyat sahələri üzrə Kiyevlə Bakı arasında əlaqələr sürətlə inkişaf edir. Amma bütün bunlara baxmayaraq, inanmıram ki, diplomatik təzyiqlərlə Ukraynanı Ermənistana silah satmaqdan çəkindərə bilək. Amma Kiyev unutmamalıdır ki, təcavüzkara silah satmaqla onu növbəti təcavüzə doğru daha da şirnikləndirir. Bu nöqteyi-nəzərdən Kiyevin həmin hərəkətinə göz yummaq mümkün deyil. Azərbaycan diplomatik kanallar vasitəsilə Kiyevə təsir göstərməyə çalışmalı və bu addımın son nəticədə münasibətlərin korlanmasına gətirib çıxara biləcəyindən danışmalıdır. Amma məsələ burasındadır ki, hazırkı Ukraynada daha çox Rusiyanın təsiri qabarıq nəzərə çarpır».
«Ehtiyatda və İstefada Olan Zabitlər» İctimai Birliyinin sədri Yaşar Cəfərli Ukraynanın Ermənistana silah satmasını adi hal kimi qəbul etdiyini bildirdi: «Ukrayna Ermçənistana silah satmamaqla bağlı üzərinə öhdəlik götürməyib. Azərbaycanla Ukrayna arasında belə bir öhdəlik barədə anlaşma yoxdur. Belə bir müqavilə yalnız Azərbaycanla Türkiyə arasında var. Ukrayna şirkətinin hər hansı bir ölkəyə silah satması kommersiya maraqlarından irəli gəlir. Şirkət silah istehsal edib onu istənilən alıcıya sataraq bundan mənfəət götürür. Başqa bir məsələ isə silahın satılması qaydaları, beynəlxalq normaları ilə bağlıdır. Silah satışı qanun çərçivəsində kvotaya uyğun şəkildə həyata keçirilməlidir. Bu mənada Ukraynanın Ermənistana silah satışında hansısa beynəlxalq hüquq normaları pozulubsa, təbii ki, Azərbaycan Kiyevə nota göndərməklə bərabər onu beynəlxalq məhkəməyə də verə bilər. Bundan başqa bildiyimiz kimi, Kiyevlə Bakı arasında iqtisadi münasibətlər də mövcuddur. İki ölkə arasında enerji daşıyıcıları məsələsində əməkdaşlıq mühiti hökm sürür. Ukrayna torpaqlarımızı işğal edən Ermənistana qeyri-qanuni yolla silah satışını həyata keçiribsə, Azərbaycan tərəfi də öz növbəsində buna cavab olaraq Kiyevin iqtisadi maraqlarına qarşı çıxa bilər. Bu nöqteyi-nəzərdən düşünürəm ki, Ukraynanın Ermənistana münasibətdə atdığı addıma cavab olaraq Azərbaycan da müəyyən addımlar atacaq və atmalıdır da. Bu halda heç şübhəsiz Bakı haqlı tərəf olacaq».
Ukraynanın Azərbaycandakı səfirliyi Ermənistana gizli silah satışına dair məlumatları şərh edib. Bununla səfirliyin yaydığı bəyanatda bildirilir ki, yayılmış xəbərdə istinad olunan Ukrayna Müdafiə Nazirliyinin Ukrayna prezidentinə məktubunun surəti 2012-ci il 8 avqust tarixində bu ölkənin saytlarından birində yerləşdirilib və saxtadır. Səfirlik bəyanlayıb ki, bu təxribatın məqsədi Ukrayna ilə Azərbaycan arasında mövcud olan ənənəvi dostluq münasibətlərinə zərər gətirməkdir. Hansı ki, bu münasibətlərin strateji xarakter daşıması Ukrayna xarici siyasəti üçün dəyişməz və prioritetdir.
Ukraynanın Müdafiə Nazirliyi də silah qalmaqalı ilə bağlı açıqlama ilə çıxış edib. Ukrayna Müdafiə Nazirliyi BKİ-nin mətbuat katibi Nikolay Krasnıy bildirib ki, nazirliyin Baş Kəşfiyyat İdarəsi (BKİ) Kiyevin Ermənistana silah tədarükləri barədə KİV-də yayılmış xəbərləri təxribat və Ukrayna-Azərbaycan münasibətlərinə zərər vurmaq cəhdi kimi qiymətləndirir. Onun sözlərinə görə, ölkələrimiz daim bütün sahələrdə yaxşı münasibət saxlayıblar: «Bu məlumatın yayılması münasibətlərimizi pozmaq üçün göstərilən cəhddir».

Geri dön