Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Abbas Uçar: “Beynəlxalq ictimaiyyət arasında getdikcə “məzlum erməni mifi” dağılmaqdadır”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Abbas Uçar: “Beynəlxalq ictimaiyyət arasında getdikcə “məzlum erməni mifi” dağılmaqdadır”

Abbas Uçar: “Beynəlxalq ictimaiyyət arasında getdikcə “məzlum erməni mifi” dağılmaqdadır”


Belçika Qarabağ Mədəniyyət və Həmrəylik Dərnəyinin “BELKAD” başqanı Abbas Uçarla müsahibə:

- Abbas bəy, Dağlıq Qarabağ məsələsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycanın apardığı təbliğatı necə dəyərləndirirsiniz?

- Bu gün Azərbaycan dövlətinin apardığı təbliğat və qurduğu informasiya mexanizmi sürətlə erməni mifini dağıtmaqdadır. Əvvəllər Azərbaycanla bağlı informasiyalar məhdud idi və insanlar Azərbaycan haqda geniş məlumatlara malik deyildilər.

Hazırda isə başqa prosesləri müşahidə etməkdəyik. Onu da əlavə edək ki, bu gün dünya ictimaiyyəti Ermənistanın işğalçı dövlət olaraq qəbul edir və beynəlxalq təşkilatlar bununla bağlı bəyanatlar verirlər.

Üstəlik, Avropa mediasında kifayyət qədər Azərbaycanla bağlı yazılar gedir. Xüsusilə də, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi faktı yazılan məqalələrdə öz əksini tapır və işğalçı Ermənistanın iç üzü ortaya çıxır. Bu çox önəmli məsələdir.

Çünki, yerli medianın ölkənin siyasi-ictimai və mədəni kuluarlarına böyük təsiri var. Bunu yaddan çıxarmaq olmaz.

Daima yerli media ilə işləmək və ölkəmizlə bağlı məsələlərin işıqlandırılması əsas prioritet xətt təşkil etməlidir. Məhz, yeni yaranan təşkilatımız fəaliyyət istiqamətində Belçika mediası ilə işləməyi əsas prinsiplərindən biri təşkil edir.

- Bəlkə dediyiniz faktorlar son illər Azərbaycanın Avropanın enerji siyasətində oynadığı rolla bağlı ola bilərmi?

- Təbii bunun böyük rolu var. Azərbaycan son illər Avropanın enerji məkanında xüsusi rol oynamaqdadır. Nəzərə almaq lazımdır ki, avropa üçün enerji strateji əhəmiyyət daşıyır. Avropanın Rusiyadan qaz aslılığının azaldılması amili, avropa üçün xüsusi əhəmiyyət daşıyır.

Bu məsələdə Azərbaycan mühüm rol oynayır və yaxın illərdə də bu rol getdikcə artacaq.

Üstəlik, Azərbaycan geniş şaxəli siyasət apararaq, avropada erməni lobbisinin zəiflədilməsinə çalışır. Avropada erməni lobbisi güclüdür və onların təzyiqlərinin azaldılması üçün, Azərbaycan hakimiyyəti bir çox addımlar atır. Güclü və təşkilatlanmış erməni diasporunun təsir mövqeylərini zəiflətmək elədə asan məsələ deyil.

- Erməni mediasında belə fikirlər formalaşdırılır ki, Azərbaycanın silahlanması bölgə üçün təhlükədir və beynəlxal qurumlar tərəfindən təzyiqlər gücləndirilməlidir. Bəs, Avropadan əsas mənzərə necə görünür?

- İndi mən sual verirəm, Azərbaycan nə etməlidir? Onu hamı bilməlidir ki, Azərbaycan torpaqlarının işğal altında qalması ilə razılaşan deyil. Ali baş komandan İlham Əliyev düz buyurur ki, Azərbaycan torpaqlarını işğaldan azad edəcək.

Sülh öz müsbət nəticəsini verməsə, münaqişə hərbi yolla həll edilməlidir. Çünki, başqa yol yoxdur. Bizdə diaspor dərnəyi olaraq, prezident İlham Əliyevin bu sözlərinin arxasındayıq və sabah müharibə başlayacaqsa, bir nəfər kimi torpaqlarımızın azadlığı uğrunda savaşacağıq.

- Yeni yaranan təşkilatınız qarşıda hansı layihələri həyata keçirməyi planlaşdırır?

- Təşkilat Azərbaycanın malik olduğu dəyərləri avropa ictimaiyyətinə çatdırılmasını və Qarabağla bağlı layihələri həyata keçirməyi planlaşdırır. Biz komanda və koordinasiyalı şəkildə fəaliyyət göstərəcəyik. Güc birlikdədir prinsipi ilə yola çıxmışıq. Azərbaycanın milli maraqlarından çıxış edən təşkilatlarla və dostlarımızla əməkdaşlıq edəcəyik. Bu gün bizə əsas hava və su kimi lazım olan amil milli birlikdir.

Elnur Eltürk

Geri dön