Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > I Vitse-prezidentin köməkçisi: “Vəkilliyə qəbul qaydalarının və sualların yüngülləşdirilməsinə ehtiyac var”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > I Vitse-prezidentin köməkçisi: “Vəkilliyə qəbul qaydalarının və sualların yüngülləşdirilməsinə ehtiyac var”

I Vitse-prezidentin köməkçisi: “Vəkilliyə qəbul qaydalarının və sualların yüngülləşdirilməsinə ehtiyac var”


“Azərbaycanda vəkillərin sayı elə də çox deyil”.

Bunu Bakıda keçirilən “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” konfransında Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov deyib.

O bildirib ki, son il yarım ərzində bu rəqəm 800-dən 1500 nəfərə qədər artıb: “Bu da çox yaxşı haldır. Lakin qanunvericiliyə qoyulmuş məhdudiyyətlər, xüsusilə də nümayəndəlik institutu ilə bağlı məhdudiyyətlər bəzi kateqoriyalı şəxslərin, xüsusilə Bakıdan kənarda olan şəxslərin məhkəməyə müraciət etmək imkanlarına maneələr yaradıb. Bizdə olan məlumata görə, elə rayon var ki, orada bir nəfər vəkil fəaliyyət göstərir”.

G. Kərimov qeyd edib ki, vəkilliyə qəbul qaydalarının və ixtisas suallarının yüngülləşdirilməsinə müəyyən ehtiyac var.

Geri dön