Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > İranda kobud şəkildə pozulan insan hüquqları
İranda kobud şəkildə pozulan insan hüquqları |
Nahid ASLAN
“İşğala və Təcavüzə yox Feynəlxalq Form” İB-nın sədri Yəqin ki, hamınız bu fikirlə razılaşarsınız ki, İİR-nın bugünkü idarəçilik sisteminin hansı prinsiplərə əsaslandığını müəyyən etmək çox çətindir. Maraqlı məqam budur ki, özünü İslam respublikası adlandıran bugünkü İran nə İslami qaydalara, nə də beynəlxalq hüququn təməl prinsiplərinə məhəl qoymur. Hazırda İranda baş verən proseslər nə İranın konstitusiyasına, nə də beynəlxalq səviyyədə, dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul olunmuş prinsiplərə uyğun gəlmir. Təəssüflər olsun ki, bu fikri müxtəlif faktlar gətirərək sübut etmək heç də çətin deyil. Son 70 ildə İranda Azərbaycan türklərinə qarşı assimilyasiya siyasəti tam gücü ilə işləməkdədir. İran rejiminin bu ölkədə yaşayan qeyri-fars millətlərə təzyiqi nəticəsində onlar İranda etnik xarakterli bütün insan hüquqlarından məhrum olublar. Əslində İranda insan hüquqları nəzəri olaraq, konstitusiyanın 9-cu maddəsi başda olmaqla, müxtəlif daxili qanunlarla tənzimlənib. Bundan əlavə, İran dövləti beynəlxalq konvensiyalara qoşulmaqla, beynəlxalq təşkilat və beynəlxalq ictimaiyyət qarşısında daxildə insan hüquqlarını qorumaq üçün öhdəliklər götürüb və bununla da insan hüquqlarının sadəcə İranın daxili məsələsi deyil, həm də bütün insaniyyətin, bəşəriyyətin problemi olduğunu qəbul edib. Lakin İran bu məsələdə nə daxili qanunlara, nə beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə məhəl qoymayaraq, Ümumdünya İnsan hüquqları Bəyannaməsinin 2-ci maddəsini (Hər bir insan, irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, silk mənsubiyyəti və digər vəziyyətlərinə görə heç bir fərq qoyulmadan hazırkı Bəyannamədə bəyan edilən bütün hüquqlara və bütün azadlıqlara malik olmalıdır) və Qurani-Kərimin Ali-İmran surəsinin 103-cü ayəsinin hökmünü (Hamınız Allahın ipindən möhkəm yapışın və ayrılmayın!) pozmuş olur. Bundan başqa, özünü irqi, milli, məzhəbi mənsubiyyətindən asılı olmayaraq, bütün müsəlmanlar arasında vəhdət ideyasının aparıcı qüvvəsi hesab etməsinə baxmayaraq, İran özü bu ideyaya zidd davranış sərgiləməkdədir. İran Prezidentinin müsəlman qardaşlarının qanını töküb, torpağını işğal edən insanların abidələri qarşısında təzim edib ehtiram bildirməsi bu davranışın bir göstəricisidir. Qeyd etmək lazımdır ki, İran nəinki İslama və beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə məhəl qoymur, eləcə də öz qanunvericiliyinə də əhəmiyyət vermir. Belə ki, İran anayasasının 15 və 19-cu maddələrinə əsasən İranda hər bir xalqa öz dilində sərbəst təhsil almaq hüququ və məktəblərdə öz dillərinin tədris olunması imkanı tanınsa da, hakimiyyət heç zaman belə hüquqdan istifadə etmək imkanı vermir. Hüquqlarını tələb edən vətəndaşlar isə hüquq-mühafizə orqanları tərəfindən təqiblərə məruz qalır. Beləliklə, BMT ilə əməkdaşlığa əsasən, insan hüquqlarına və əsas azadlıqlarına bütün xalqların və bütün dövlətlərin yerinə yetirməyə can atmalı olduqları vəzifələr kimi hazırkı Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin aşağıdakı maddələri İranda kobud şəkildə pozulur. Bu maddələri mən sizlərin diqqətinə çatdırmaq istəyirəm. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 3-cü və 5-ci maddələrinə diqqət yetirək. 3-cü maddədə deyilir: Hər bir insan yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. 5-ci maddədə deyilir: Heç kim işgəncələrə və yaxud ağır, qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara və cəzaya məruz qalmamalıdır. İnsanların mədəni azadlıqları, dil, din və sərbəst toplaşma azadlıqları ilə bərabər, ayrı-ayrı təbəqələrin də hüquqları kobud şəkildə pozulur. Qadınların, etnik azlıqların, işçilərin, hətta uşaq və əlillərin belə hüquqları pozulsa da, İrandakı siyasi və sosial şərtlər bu insanları çox vaxt bu hüquq pozuntularını sükutla qarşılamağa məcbur edir. Bu hüquq pozuntularını sükutla qarşılamayanlar isə bunun qarşılığını daha acınacaqlı şəkildə alaraq, ya dəhşətli işgəncələr görürlər, ya da edam olunurlar. Yeri gəlmişkən, dünyanın 101 ölkəsində edam hökmü dayandırılıb, 32 ölkədə isə edam hökmünün icra olunması dayandırılıb. Hazırda dünyada yalnız 25 ölkə edam hökmünü icra edir. Edam hökmünü icra edən ölkələr arasında isə edam olunanların sayına görə İran Çindən sonra ikinci yerdə dayanır. Bəzi mənbələrin bildirdiyinə görə, ötən il İranda 179 nəfər asılmışdısa, bu ilin ilk 8 ayında edam edilənlər 184 nəfərdir. Onu da nəzərə almaq lazımdır ki, bu, edam olunanların, yaxud barələrində edam hökmü çıxarılmışların tam siyahısı deyil. Daha acınacaqlı fakt odur ki, İranda son bir ildə 4 nəfər 18 yaşına çatmayan yeniyetmə edam olunub. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 7-ci maddəsinə diqqət yetirək. Bütün insanlar qanun qarşısında bərabərdirlər və hec bir fərq qoyulmadan qanun tərəfindən bərabər müdafiə olunmaq hüququna malikdirlər. Bütün insanlar, hazırkı Bəyannaməni pozan istənilən ayrı-seçkilik aktından və belə bir ayrı-seçkiliyə hər cür təhrikdən müdafiə olunmaqda bərabər hüquqlara malikdirlər. İranda isə bütün insanlar qanun qarşısında bərabər deyillər. İranda yaşayan onlarla xalqa öz dilində yazıb-oxumaq, məktəbə getmək hüququ verən, millətlərin bərabərliyini təsbit edən konstitusiyasnın 15-ci və 19-cu maddələrinin icrasına yol verilmir. Allahın verdiyi ana dilində təhsil almaq hər bir insanın əzəli haqqı olsa da, insanların bu hüquqları İranda hələ də kağız üzərində qalmaqda davam edir. Digər tərəfdən, İslam dininin əsasını sülhə, əmin-amanlığa, haqqa, mərhəmətə çağırış təşkil edir. Fəqət İranda İslam dini belə başa düşülmür və İslamın hökmlərinə riayət edilmir. Bu gün İranda İslam dəyərlərinə və “Qurani-Kərim”in tələblərinə yanaşma sırf simvolik xarakter daşıyır. Təəssüf ki, bu ölkədə bəzi dairələr İslam dinindən yalnız öz şəxsi mənafeləri üçün istifadə edirlər. 21-ci əsrdə qadınların şallaqlanması, daş-qalaq edilməsi, dar ağacından asılması mövcud olan bir dövlətdə hansı insan hüquqlarından danışmaq olar? İranda ailə, məişət, əxlaq və davranış məsələlərində zorakılıq və haqsızlıq hökm sürür. İran konstitusiyasında insanlara verilmiş yarımçıq hüquqlar belə onların əlindən alınır. Konstitusiyada bərabərlikdən, insan hüquqlarından, insan azadlıqlarından bəhs olunduğu halda, əməldə onlara riayət olunmur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 11-ci maddəsinin 1-ci bəndinə diqqət yetirək. Cinayət törətməkdə ittiham edilən hər bir insan, ona bütün müdafiə imkanları təmin edilməklə, açıq məhkəmə araşdırması yolu ilə onun günahkar olduğu qanuni qaydada müəyyən edilməyənə qədər günahsız hesab edilmək hüququna malikdir. Bu maddə də İranda kəskin şəkildə pozulur, belə ki, bəzi siyasi fəalların evlərinə gecələr basqın olunur. Heç bir məhkəmə qərarı olmadan insanlar həbs olunaraq naməlum yerə aparılır. Onlar haqda həftələrlə ailələrinə xəbər verilmir. Məhkəmələrin verdiyi hökmlər tamamilə qərəzli və heç bir insani dəyərlərə və qanunlara uyğun deyil. Hökm müttəhimin heç bir vəkili olmadan verilir. Hökmlər tam gizli şəkildə qəbul olunur və müttəhimin etiraz etməyə belə ixtiyarı olmur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsinə diqqət yetirək. Hər bir insan əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir: bu hüquqa maneəsiz olaraq, öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir. İranda müxalif fikir və düşüncəni yazan qəzetlərin bağlanması adi hal alıb. Seçkilərdən sonra onlarla qəzet və jurnal bağlanıb və onlarla jurnalist məhkəmələrə çağrılıb. Təkcə son bir ayda 2 jurnalist məhkəməyə çağrılıb, 2 jurnalist həbs olunub, 6 jurnalistin məhkəməsi gedir, 7 jurnalist məhkəmələrdə 3 aydan 1 ilə qədər həbsə, müxtəlif məbləğlərdə nəqd cərimələrə və bir çox hallarda şallaq cəzalarına məhkum olunub. İnternet saytları filter olunur. Daxildə fəaliyyət göstərən xəbər saytları isə bağlanılır. Son bir ayda 14 sayt bağlanılıb. Təsadüfi deyildir ki, Beynəlxalq Reportyorlar Birliyi İran hakimiyyətini internet düşməni kimi tanıyır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 21-ci maddəsinnin 2-ci bəndinə diqqət yetirək. Hər bir insan öz ölkəsində dövlət qulluğuna girməkdə bərabər hüquqa malikdir. İranda isə bu, mümkün deyil. Qadın hüquqları İslam İnqilabından etibarən bu günədək kobud şəkildə pozulur. İlk əvvəl qadınların geyimlərinə müdaxilə edən hakimiyyət “İslam qadını” adı altında cəmiyyətin yarısını təşkil edən bu cinsin nümayəndələrini ictimai-siyasi həyatdan uzaqlaşdırmağa çalışdı. Amma bütün ictimai-siyasi həyatdan uzaqlaşan qadınlar özlərinin yeganə çıxış yolunu hələ qadağa olunmayan təhsilin davamında gördü. Təhsilə ciddi əhəmiyyət verən İran qadınları hər il universitetlərə qəbul olanların 50%-dən çoxunu təşkil edir və bu rəqəm hər il artmaqdadır. Bunu görən hakimiyyət indi də qadınların universitetlərə qəbul olunmasına məhdudiyyətlər qoymağı düşünür. Təhsil alan qadınlar mədəni və siyasi həyatda təmsil olunmağı çətinliklə olsa da, bacarır, amma İran qanunları onları hələdə sıxışdırır. İran qanunlarına görə qadın kişilərin yarısı qədər hüquqa malikdir. Cəmiyyətdə bu qanunlar işləməsə də, məhkəmələrdə belə hesab olunur. Qadınların prezident olmaq və yüksək vəzifələrdə işləməsinə rejim yetkililəri qısqanclıqla baxırlar. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 22-ci maddəsinə diqqət yetirək Cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz səxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dovlətin strukturu və resurslarına müvafiq olaraq, həyata keçirmək hüququna malikdir. Son təhsil ilinin başlaması ilə birlikdə tələbələrin inzibati komitələrə çağrılması da başlayıb. Bütün İran Universitetlərində hər gün onlarla tələbə bu komitələrə çağrılaraq, xəbərdarlıqlar alır. Bir neçə dəfə xəbərdarlıq alan tələbə universitetdən qovulur. Ən yaxşı halda bir smester imtahanlardan məhrum edilir. Tələbələrin toplaşmasına ciddi qadağalar qoyan hakimiyyət dəfələrlə tələbələri cəzalandırmaq məqsədi ilə fanatiklər vasitəsi ilə yataqxanalara hücum edərək, tələbələrə qarşı kobud hərəkətlər nümayiş etdiriblər. Geri dön |