Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “S-400”-ə dair birgə işçi qrup təklifi təsdiqləndi – KONQRES HƏLƏ DƏ SANKSİYALARLA HƏDƏLƏYİR
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > “S-400”-ə dair birgə işçi qrup təklifi təsdiqləndi – KONQRES HƏLƏ DƏ SANKSİYALARLA HƏDƏLƏYİR

“S-400”-ə dair birgə işçi qrup təklifi təsdiqləndi – KONQRES HƏLƏ DƏ SANKSİYALARLA HƏDƏLƏYİR


ABŞ prezidenti Donald Tramp Ankaranın Rusiyadan “S-400” raket sistemini satın alması ilə bağlı Vaşinqtonun narahatlığını araşdırmaq üçün Türkiyə ilə birgə texniki işçi qrup yaratma təklifini qəbul edib.

Bir neçə türk səlahiyyətlisinin sözlərinə görə, Türkiyə prezidenti Tayyib Ərdoğanla telefon danışığında Tramp Pentaqon və Dövlət Departamentinin iradlarına məhəl qoymayıb.

Halbuki ABŞ rəsmiləri Ankaranın raket sistemi alması ilə, Türkiyənin də sifarişçisi olduğu “F-35” döyüş təyyarələrinə dair həssas məlumatları Moskvanın oğurlaya biləcəyindən narahat idi.

Raket sisteminin yaratdığı təhlükələrə dair qiymətləndirmələrinə inanan ABŞ müdafiə nümayəndələri son iki ayda bir neçə dəfə işçi qrupa qatılmaqdan imtina ediblər.

Bir telefon zəngi bu siyasəti dəyişib.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Qarrett Markiz “bu an elan etmək üçün yeni bir şey olmadğını” söyləyib. “S-400”ün alınması ilə ABŞ texnologiyasına, pilotlarımıza və təyyarələrə qəbuledilməz risk yaranacağını açıqlamışıq”, – Markiz əlavə edib.

Pentaqon sözçüsü Erik Pahan da müzakirələrin davam etdiyini söyləyib. “Birləşmiş Ştatlar Türkiyəyə bir neçə dəfə texniki heyət göndərib və “S-400”ün yaratdığı təhlükəni, “F-35” proqramında qarşılıqlı iştirakımızı və ABŞ-ın “Patriot” təklifini müzakirə etmək üçün ABŞ-da da danışıqlar aparmışıq”.



Mühüm addım

Bu addım Türkiyənin uzunmüddətli müdafiə ehtiyacları üçün mühüm əhəmiyyətə malik olan “S-400” və “F-35” alışını birləşdirməkdə Türkiyə səlahiyyətlilərinin böyük qələbəsidir.

Ankara “F-35” konsorsiumunun bir hissəsidir və bu günə qədər döyüş təyyarələri üçün 1 milyard dollardan çox pul ödəyib.

Ərdoğan Trampa ikili Türkiyə-Amerikan vətəndaşı və NASA-nın sabiq alimi Serkan Gölgenin həbsxanadan sərbəst buraxılacağını söyləyib.

2016-cı ildə Türkiyədə hərbi çevrilişdə iştirak etməkdə ittiham olunmuş Gölge 2016-cı ildən etibarən nəzarətə alınıb.

Gölge ev həbsinə buraxılıb, yəni ölkədən çıxma icazəsi yoxdur və yerli polisə mütəmadi olaraq hesabat vermək məcburiyyətində qalacaq.

Tramp Gölgenin sərbəst buraxılması ilə əlaqədar kameralar qarşısında Ərdoğana təşəkkür edib.

Bazarlar telefon zənginə müsbət təpki göstərib, türk lirəsi ABŞ dollarına nisbətdə 2 faiz məzənnə artırıb.



Dövlət səfəri

Ərdoğan Trampla telefonla telefon danışığında ABŞ prezidentinə dövlət səfəri üçün dəvətini təkrarlayıb. Tramp dəvəti bir daha qəbul edib və iyul ayında Ankaraya səfər edəcəyini söyləyib.

Dövlət Departamenti bu ayın əvvəlində “S-400” raket sisteminin alışı ilə əlaqədar olaraq səfərin əleyhinə olub və Konqresdə sanksiya çağırışları səslənib.

Departament Türkiyəyə səfərin asanlaşdırılması üçün sistemin çatdırılmasını 9 ay təxirə salmağı təklif edib, lakin səlahiyyətlilər bundan imtina edib.

Ərdoğan və onun yaxın məsləhətçiləri Trampın “S-400” alışı ilə bağlı ikitərəfli böhranın qarşısını almaqda siyasi potensialından istifadə edə biləcəyinə inanırlar.

Bir türk rəsmisi deyib: “Trampın Ərdoğanla yaxşı əlaqəsi var və o, Türkiyənin “S-400” alışında geri çəkilməyəcəyini anlayır, digər amerikalı səlahiyyətlilər isə ondan fərqli rəydədirlər”.

Ancaq Konqreslə də fikir ayrılığı var.

Ötən həftə “S-400” raket sisteminin alınması halında, “F-35”-in Türkiyəyə verilmsinə qadağa qoyan qanun layihəsi hazırlanıb.

ABŞ qanunvericiləri Tramp administrasiyasını Türkiyəni hədəf alan konkret qanunları ratifikasiya edə biləcəkləri ilə təhdid edib.



Raqib Soylu

“Middle East Eye”, 31.05.2019

Geri dön