Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Müdafiə naziri: Azərbaycanın iqtisadi gücü qüdrətli ordu quruculuğunun uğurla davam etdirilməsinə etibarlı zəmin yaradıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Müdafiə naziri: Azərbaycanın iqtisadi gücü qüdrətli ordu quruculuğunun uğurla davam etdirilməsinə etibarlı zəmin yaradıb

Müdafiə naziri: Azərbaycanın iqtisadi gücü qüdrətli ordu quruculuğunun uğurla davam etdirilməsinə etibarlı zəmin yaradıb


Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Təbrikdə bildirilir ki, mərhəmət, şəfqət, xeyirxahlıq, humanizm hissləri aşılayan Ramazan ayını xalqımız həmişə böyük sevgi ilə yaşayır. Ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunub saxlanması istiqamətində atdığı addımlar sayəsində əmin-amanlığın, qardaşlığın, həmrəyliyin təntənəsi olan müqəddəs Ramazan bayramını ölkəmizdə artıq uzun illərdir dövlət səviyyəsində də qeyd olunur.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin davam etdirdiyi uğurlu siyasət və qətiyyətli islahatlar nəticəsində dövlətimiz daha da gücləndiyinin, iqtisadiyyatının dinamik inkişafının təmin edildiyinin qeyd olunduğu təbrikdə vurğulanır ki, respublikamız regionda lider olmaqla dünya dövlətləri sırasında öz layiqli yerini tutub.

“Müasir Azərbaycanın iqtisadi gücü qüdrətli ordu quruculuğunun da uğurla davam etdirilməsinə etibarlı zəmin yaradıb. Ordumuz ən müasir silahlarla təmin edilib, şəxsi heyətin döyüş əzmi yüksəlib, mənəvi-psixoloji təminatı daha da gücləndirilib, sosial məişət şəraitin yaxşılaşdırılması məqsədilə böyük addımlar atılıb. Bu gün peşəkarlığını, döyüş qabiliyyətini daim artıran Ordumuzun şəxsi heyəti inamla xidmətini davam etdirir və Ali Baş Komandanın bütün əmr, göstərişlərini məsuliyyətlə yerinə yetirməyə qadirdir. Müqəddəs Ramazan bayramı münasibətilə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad edir, şəhid ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi və veteranlarımızı təbrik edir, onlara ən xoş arzularımı çatdırıram”, - deyə təbrikdə qeyd edilir.

Əminliklə bildirilir ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcək şəxsi heyət torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olacaq.

Geri dön