Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaxın 10 ildə xərçəngi müalicə edən preparat hazırlanacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Yaxın 10 ildə xərçəngi müalicə edən preparat hazırlanacaq

Yaxın 10 ildə xərçəngi müalicə edən preparat hazırlanacaq


Britaniya alimləri heç bir müalicəyə reaksiya verməyən dözümlü xərçəng hüceyrələrinin inkişafını dayandıracaq yeni preparatların yaxın 10 ildə kəşf edilə biləcəyini açıqlayıblar.

Britaniyanın Xərçəng Tədqiqatları İnstitutu (ICR) bu araşdırmaya 75 milyon funt sterlinq ayıracağını açıqlayıb.

İCR Londonun cənubundakı Sutton qəsəbəsində yeni dərmanlar hazırlayan müasir araşdırma mərkəzi açmaq istəyir.

İnstitutun rəhbəri Paul Uorkman deyib ki, xərçənglə mübarizədə ən böyük problem xərçəng hüceyrələrinin dərmanlara adaptasiya olması və dərmanlara qarşı müqaviməti artırmalarıdır.

Yeni dərmanlar xərçəng hüceyrələrinin inkişafını daha uzun müddət üçün əngəlləyə biləcək. Bundan başqa, xərçəngdən xilas olma halları artacaq.

Hazırda QİÇS virusu ilə mübarizə də bu mərhələdədir.

Professor Uorkman əlavə edib ki, xərçəng hüceyrələrinin təkmilləşmək və müqaviməti artırmaq xüsusiyyəti xərçənglə bağlı əksər ölümlərin əsas səbəbi və bu xəstəliklə mübarizəni çətinləşdirən başlıca problemdir.

Onun sözlərinə görə, İCR xərçəngin müalicəsinə radikal dərəcədə yeni yanaşma hazırlayır, bu yanaşma xərçəng hüceyrələrinin təkamül prosesini əvvəldən təxmin etməyə hesablanıb: "Biz çox əminik ki, yeni araşdırmalar sayəsində xərçəngi daha uzun müddət nəzarətdə saxlamağın yolunu tapacaq, hətta xəstələri müalicə edib onların daha uzun və daha keyfiyyətli həyat yaşamasına nail olacağıq".

Araşdırmaçıların hədəfi hüceyrələrdə preparatlara qarşı müqavimətin formalaşmasına mane olmaqdır.

Onların qənaətinə görə, onkoloji xəstəliklərlə mübarizənin müasir metodları, məsələn, kimyaterapiya bəzən müsbət nəticə vermir, xərçəng hüceyrələri sağ qalır, adaptasiya olunur və xəstəlik yenidən qayıdır.

İnstitut bu araşdırma üçün 300-dək araşdırmaçını işə cəlb etmək istəyir.

Geri dön