Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Güney Azərbaycan üçün birləşməyin vaxtı çatıb
Güney Azərbaycan üçün birləşməyin vaxtı çatıb |
Güney Azərbaycandakı proseslərlə bağlı dəyirmi masa keçirildi
Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi (DAİM) və “İşğala və Təcavüzə yox Feynəlxalq Form” (NANO İF) İctimayi birliyinin təşəbbüsü ilə “Yeni Dünya düzənində İranın Sonrakı Taleyi” və “ Güney Azərbaycanda İnsan Hüquqlarının Qorunması və Təşviqi” Mövzusunda Dəyirmi keçirildi. Dəyirmi masada ilk olaraq Güney Azərbaycanın Təbriz, Əhər, Vərziğanda baş verən təbii fəlakət qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Nahid Aslan dəyirmi masanın keçirilməsinin məqsədləri barədə məlumat verdi. İlk olaraq çıxış edən professor Qulamrza Səbri Təbrizi Güney Azərbaycanda insan hüquqlarının pozulmasından danışaraq orada yaşayan soydaşlarımızın mütləq müstəqillik əldə edəcəklərinə inamımı bildirdi. Professor Firudin Ağasıoğlu, DAK İH üzvü Səftər Rəhimli, Dak üzvü Mərdan Seyidbəyli, professor Sabir Nəbioğlu, Doğu Türküstanlı Tursunay Türksoy, AMEA-nın əməkdaşı Yasəmən Qaraqoyunlu ,sabiq millət vəkili Baba Tağıyev və digərləri İran adlanan ölkədə həbsxanada minbir əziyyətlər çəkən güneyli soydaşlarımızın problemlərinin, İranda insan hüquqlarının pozulması, zəlzələ qurbanlarına Fars rejimin etinasız yanaşması və digər məsələlər barədə çıxış etdilər. Q.S.Təbrizi bildirdi ki, İran rejimi zəzlzələ baş verən ərazilərdə yaşayan soydaşlarımıza edilən yardımların qarşısının almağa çalışır və bizə də düşən rejimin soyqırım siyasətinin qarşısının almaq məqsədilə ordakı insanlara maddi və mənəvi yardmları tez bir zamanda çatdırıa bilək. Firidun Cəlilov isə çıxışında dedi ki, orda ölənlərin sayı hər gün artır və bu acınacaqlı vəziyyət belə davam edə bilməz. F.Ağasıoğlunun sözlərinə görə, bəzi fərdi şəxslər başlayıblar güneyə yardım adı altında pul toplamağa bu da qorzulu tendensiyadı.Onun sözlərinə görə. Bu tip kompaniyalar nəzarət altında həyata keçirilməlidi. DAH-nin üzvü Səftər Rəhimli isə, qlobal güclərin bölgədəki oyunları ilə bağlı fikirlərini bildirdi . Sabiq millət vəkili Baba Tağıyev isə çıxışında bildirdi ki, Güney Azərbaycanda baş verən zəlzələ və onun nəticələri doğurdan da ürəkləri sarsıb və minlərlə soydaşımız tələf olub. Onun sözlərinə görə, İran iqtidarının hadisələrin baş verdiyi ərazilərdə zəlzələdən və fəlakətdfən əziyyət çəkən insanlara qarşı yanaşması insani dəyərlərdən kənardır. “ İran bu gün elə bir vəziyyətdədir ki, artığ bir çox hadisələrdən qorxmağa başlayıb. Bunun nəticəsidir ki, iran bu gün dünyanın qəbul etdiyi dəyərlərdən qaçır. Qeyd etmək lazımdır ki, İran azərbaycan xalqının, bütün türk xalqlarının və dünya müsəlmanların ,eləcə də,sabitliyin və demokratik inkişafın qarşısında əngəl olaraq duran işğalçı Ermənistanla, İranın qul-beçəsi olan Suriya-Bəşər əsəd rejimi və PKK teror təşkilatı ilə iş birliyindədir”.. Qeyd edək ki, son zamanlar İranda güneyli soydaşlarımıza qarşı başlanan təyziqlər dünyanı çox narahat edir. Azərbaycan dövlətinin əleyhinə işləri daha da fəallaşdıran iran rəsmiləri soydaşlarımıza qarşı ağır cəzalar və qaydalar tətbiq etməkdə davam edir. Dəyirmi Masada bu məsələni gündəmdə saxlanılması üçün medianın rolunun da artırılması müzakirə edildi. Kənan Geri dön |