Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Böyrəkləri dağıdan vitaminin adı açıqlandı - ALİMLƏRDƏN XƏBƏRDARLIQ...
Böyrəkləri dağıdan vitaminin adı açıqlandı - ALİMLƏRDƏN XƏBƏRDARLIQ... |
Kanadalı alimlər vitamin D-dən çox istifadə etməməyə çağırıblar. Onların sözlərinə görə, tibbi göstəricilər olmadan bu vitamindən istifadə etmək böyrəklərin məhv olunmasına gətirib çıxarır.
Nümunə kimi, onlar özünü pis hiss etdiyinə görə həkimə müraciət etmiş 54 yaşındakı bir Kanada vətəndaşı ilə baş verənləri missal gətiriblər. İlk testlər müraciət edən şəxsdə heç bir patologiya aşkar etməyib, lakin daha detallı bir müayinə ilə həkimlər adamın qanında yüksək dozada kalsium və paratirin tapıblar. Ekspertlər yada salıblar ki, böyük miqdarda D vitamini qəbul edərkən də eyni şeylər ola bilər. Daha sonra aydın olub ki, xəstə üç il boyunca bir dostunun məsləhəti ilə vitamin qəbul edib. Ancaq kəskin ağrılar adamda istirahət etdiyi vaxt, yəni çimərlikdə daha çox vaxt keçirəndə baş verib və bu zaman günəş şüalarının təsiri ilə bədəndə D vitamininin dozası əhəmiyyətli dərəcədə artıb. İndi uzunmüddətli və bahalı bir müalicədən sonra, adam III dərəcəli xroniki böyrək xəstəliyi ilə yaşayır. Geri dön |