Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > DSX hərbçilərinin bir xidmət ili iki xidmət ili kimi hesablanacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > DSX hərbçilərinin bir xidmət ili iki xidmət ili kimi hesablanacaq

DSX hərbçilərinin bir xidmət ili iki xidmət ili kimi hesablanacaq


Nazirlər Kabineti “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992-ci il 23 noyabr tarixli Qərarda dəyişiklik edib.
Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir.

Geri dön