Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kardioloqlar ürək xəstəlikləri zamanı ərik yeməyi məsləhət görürlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Kardioloqlar ürək xəstəlikləri zamanı ərik yeməyi məsləhət görürlər

Kardioloqlar ürək xəstəlikləri zamanı ərik yeməyi məsləhət görürlər


Əriyin əsas faydası meyvənin tərkibində xeyli miqdarda kalium olmasıdır ki, bu da damarların fəaliyyətinin yaxşılaşmasında və qan təzyiqinin normallaşdırılmasında əhəmiyyətli rol oynayır.

Kardioloqlar ürək xəstəliklərindən əziyyət çəkən hər kəsə ərik yeməyi məsləhət görürlər. Ərik ürək-damar sistemini tonusda saxlayan və orqanizmi çoxsaylı xəstəliklərdən qoruyan kaliumla zənginliyinə görə meyvələr arasında “çempion”dur.

Həkimlər bildirirlər ki, əriyin tərkibində böyük miqdarda kalium duzları olduğu üçün, o, aritmiya zamanı müalicəvi effekt göstərir, həmçinin sidikqovucu xassəyə malikdir. Bu, hipertoniya və şişkinlik, o cümlədən böyrəklərlə bağlı xəstəliklər zamanı çox faydalıdır.

Ekspertlərin sözlərinə görə, kalium damarların vəziyyətini yaxşılaşdırır, orqanizmdən toksinlərin, o cümlədən zərərli xolesterinin çıxarılması prosesini fəallaşdırır. Bununla belə, ərik qurusunun (kuraqa) tərkibində kalium təzə meyvəyə nisbətən 5-6 dəfə çoxdur. Ərik qurusu pis qan dövranı, miasteniya, ürək ritminin pozulması zamanı əhval-ruhiyyənin yaxşılaşmasına kömək edir.

Əriyin daha bir dəyərli xassəsi onun lətində betakarotinin yüksək miqdarda olmasıdır. Tədqiqatlar göstərir ki, betakarotin təkcə ürək xəstəliklərinin deyil, həm də xərçəngin inkişafına effektli şəkildə maneə yaradır. Bundan başqa, əriyin tərkibində yüksək qatılıqlı flavonoidlər və C vitamini olduğuna görə o, distoniyadan əziyyət çəkən və bədənində qançırlar əmələ gəlməsinə meyilli olan xəstələr üçün də faydalıdır.

Geri dön