Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsrailin irana hücum planı açıqlandı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > İsrailin irana hücum planı açıqlandı

İsrailin irana hücum planı açıqlandı


Ssenariyə görə, hava hücumundan müdafiə sistemləri sıradan çıxarılan İran raket hücularına məruz qalır, ardından nüvə obyektlərinə hava hücumları təşkil edilir.

İsrail prezidenti Peres Şimon: «Təbii ki, belə bir qərar almağımız mümkündür, lakin yenə də ABŞ-la məsləhətləşəcəyik»

İsrailin İrana hücumu ilə bağlı əməliyyat planlarının detalları mətbuata sızıdırılıb. Qərb mətbuatının xəbərinə görə, informasiya İsrail ordusundakı zabitlərdən biri tərəfindən sabiq nazirlərdən birinə ötürülüb, o isə məlumatları amerikalı jurnalistə verib. İsrailin sentyabr ayına planladırdığı hərbi əməliyyatlar planı hərbi mütəxəssislərin qənaətincə İraq savaşındakı «şok və dəhşəti» xatırladır.
Amerikalı yəhudi blogger Riçard Silversteinin internet saytında yayılan sənəd dünya mətbuatında zəlzələ təsiri yaradıb. Şəxsən İsrailin müdafiə naziri Ehud Barak tərəfindən hazırlandığı iddia edilən və Hazirlər Kabinetinin müzakirəsinə təqdim edilən hücum planının təm məxfi sənəd qrifi daşıdığı, lakin artıq bu gizliliyin əhəmiyyətini itirdiyi vurğulanır. Silverstein bu sənədi əldə etdiyi qaynağa onu yaymayacağı sözünü versə də, sonradan fikrini dəyişdirdiyini, məqsədinin əməlmyyat planını faş etməklə onun həyata keçirilməsinə maneçilik etmək olduğunu açıqlayıb: «Bunların açıqlamaq normal deyil. Ancaq qorxaram ki Hetanyahu və Barak çox ciddidirlər».
Amerikalı jurnalist əslində sənədi ona ötürən sabiq nazirin də məqsədinin eyni olduğunu ifadə edib. O, sənədi yaymamaq sözü verdiyi şəxsin də belə bir hücum əməliyyatına qarşı olduğunu vurğulayıb.
Hücum planı əvvəldə qeyd etdiyimiz kimi Buş administarsiyasının 2003-cü ilin aprelində İraqa qarşı hərbi müdaxiləni yada salır. Belə ki, İrana qarşı hərbi əməliyyatların öncə rejimi elektronik mənada iflic edəcək kiber hücum taktikası ilə başlanması nəzərdə tutulur. Bundan sonra hərbi elektronika və hava hücumundan müdafiə sistemləri yararsız hala düşən İran İsrailin raket hücularına məruz qalır. Ardından nüvə obyektlərinə hava hücumları təşkil edilir, İran ordusunun və kəşfiyyatının yüksək vəzifəliləri hədəfə alınır.
Qeyd olunur ki, hərbi əməliyyatların başlanğıcında reallaşdırılacaq kiberhücum İranda rabitə sistemini çökdürəcək və hakimiyyət uzun müddət nələrin baş verdiyini anlaya bilməyəcək. Bu, rejimin ölkə üzərində nəzarəti tamamilə itirməsi demək olacaq. Kiber hücum nəticəsində ölkədə internet, telefon şəbəkəsi, radio və televiziya yayımı, peyk rabitəsi və fiberoptik kabel əlaqəsi kəsiləcək. Eyni zamanda Hürrəmabad və İsfahan kimi nüvə obyektləri ətrafındakı yeraltı raket bazaları dövrə xaricində qalacaq.
Bununla yanaşı İranda elektrik şəbəkəsi sisteminin çökdürülməsi də planın tərkib hissəsinə daxildir.
Bundan sonra ölkə ərazisinə peykdən istiqamətləndirilən misket bombalarının yağdırılması nəzərdə tutulur.
Paralel olaraq İrana Bəsrə körfəzində yerləşdirilmiş İsrail donanmasına məxsus dənizaltılarıdakı 300 km mənzilli onlarla ballistik raket atılacaq. Raketlər dərinlərdəki hədəfləri dağıtmaq imkanına malik başlıqlarla təmin olunub.
Raketlərin bir qismi nüvə təsislərini hədəfə alacaq.
Məsələn, yeraltı Fordo nüvə mərkəzinə dərinliklərə işləyərək böyük dağıntılar törədəcək raketlər atılacaq. Yüzlərlə «Cruise» raketi isə nüvə araşdırmaları mərkəzlərini və idarələri yerlə bir edəcək. Raketlərin hədəfində nüvə alimlərinin və onlarla birgə çalışan yüksək vəzifəli şəxslərin yaşadıqları evlər də var.
Hücumun ilk mərhələsində vurulan zərər «Mavi və Ağ» adı verilən radar peyki vasitəsilə ilə müəyyənləşdiriləcək. Əldə edilən məlumatlar İsraildən qalxan «F-15″ döyüş təyyarələrinə ötürüləcək. Qırıcılar İranın hava məkanına daxil olduqda dünyaya hələ indiyə qədər bəlli olmayan yeni bir texnologiyadan istifadə etməklə radarlarda görünməz olacaq. Təyyarələr raket hücumuna məruz qalmamış nüvə obyektlərinə və hərbi təsisatlara bomba yağdıracaq.
«F-15″-lərin hədəfində «Şahab-3″ və «Secil» raket bazaları da var. Plana görə bu mərhələdə nüvə yanacağı olan obyektlər və sentrifuq istehsal edən təsisatlar da bombalanacaq.
Qeyd edək ki, bu plan mətuata sızdırılmazdan az öncə İsrail hökuməti İrana qarşı hərbi əməliyyatlara hazır olduqlarını açıqlamışdı.
BBC-nin hərbi eksperti Jonatan Markus hücum planı ilə bağlı sənədin gerçək olub olmadığının müəyyənləşdirilməsinin mümkün olmadığını söyləyib. Bununla belə o, sənəddəki hücum planının çox əhatəli olduğunu və belə bir hücumun çox dəhşətli nəticələrə gətirib çıxacağını bildirib.
İsrail prezidenti Şimon Peres isə deyib ki, ABŞ-ın köməyi olmadan İsrail İrana hücum edə bilməz. Onun sözlərinə görə, İsrailin təkbaşına bu işin öhdəsindən gələ bilməyəcəyi bəllidir: «Təbii ki, belə bir qərar almağımız da mümkündür. Lakin yenə də ABŞ-la məsləhətləşəcəyik. Mən şəxsən ABŞ prezidenti Barak Obamanın İranın nüvə silahlı əldə etməsinə mane olmaqla əlaqədar məsuliyyətinə sadiq olduğuna inanıram».
Qeyd edək ki, İsrailin bu yaxınlarda vəzifədən çıxarılan daxili təhlükəsizlik naziri Matan Vilnai da «Maariv» qəzetinə İrana qarşı hücumun bir ay ərzində davam edəcəyi və müharibə zamanı 500-dək itki ehtimalının olduğu barədə açıqlama verib. Artıq Çinə səfir təyin edilən Vilnai ölkə vətəndaşlarının təhlükəsizliyinin maksimum təmin olunduğunu da deyib.
Yeri gəlmişkən, İran rəhbərliyi də İsrailin müharibə hazırlıqlarını ciddiyə alıb. İranın dini lideri Əli Xameneyi İsrailin gec-tez dünya xəritəsindən silinəcəyini bildirib.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Məsud Cəzayiri isə bildirib ki, ölkədə mədəniyyət və iqtisadi sahələrdəki düşmən təxribatlarının qarşısını almaq üçün bütün təşkilat və quruluşlarda «yumşaq müharibə qərargahları» yaradılmalıdır. Onun sözlərinə görə, ABŞ və Avropa ölkələri İrana qarşı iqtisadi müharibə başladıb.
İran Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı, general-mayor Əhmədrza Purdəstan isə «Mehr» xəbər agentliyinə açıqlamasında bildirib ki, ABŞ hələ iki il əvvəl bu ölkəyə hücum etmək niyyətində olub. Onun iddiasına görə, İran ordusunun gücü ABŞ-ı bu fikrindən daşındırıb.
Yeri gəlmişkən, İranın nüvə proqramı sertyabrın sonu-oktyabrın əvvəlində Hyu-Yorkda ABŞ prezidenti Barak Obama ilə İsrailin baş naziri Binyamin Hetanyahunun görüşündə bir daha müzakirə olunacaq. Ekspertlərə görə bu görüş zamanı İrana qarşı kritik qərarın verilməsi gözlənilmir. Lakin Barak Obamanın 2013-cü ilin iyun ayına qədər diplomatik səylərin nəticə verməyəcəyi təqdirdə ABŞ-ın İrana zərbə endirəcəyilə bağlı Hetanyahuya zəmanət verəcəyi gözlənilir. Ekspertlərə görə, bu görüşdə prezident Obama 6 noyabr seçkilərindən əvvəl İsrailin İrana hücumunun qarşısını almağa çalışıcaq. Belə ehtimallar da mövcuddur ki, İsrail artıq Vaşinqtonun vədlərilə hesablaşmaq istəmir və təkbaşına İrana qarşı müharibəyə başlamaqla ABŞ-ı fakt qarşısında qoymağa çalışır.

Geri dön