Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Malayziya XİN: Təyyarə qəzası ilə bağlı istintaq başa çatmayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Malayziya XİN: Təyyarə qəzası ilə bağlı istintaq başa çatmayıb

Malayziya XİN: Təyyarə qəzası ilə bağlı istintaq başa çatmayıb


Malayziya hökuməti hesab edir ki, Ukraynanın şərqində “Boeing” sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq faciədə təqsirli bilinənlərlə bağlı sübutlar inandırıcı olmadığına görə başa çatmayıb.

BERNAMA agentliyi xəbər verir ki, bu barədə Malayziyanın Xarici işlər naziri Sayfuddin Abdulla bəyan edib. Nazirin sözlərini sitat gətirən agentlik yazır: “Biz təyyarənin qəzaya uğramasında təqsirli bilinən şəxslərlə bağlı dəqiq və inandırıcı sübutlar görmürük. Faciə ilə bağlı inandırıcı dəlillər əldə edilməyənədək Malayziya istintaq prosesini tamamlanmamış hesab edəcək”.

Xatırladaq ki, “Malayziya Hava Yolları” şirkətinə məxsus, Amsterdamdan Kuala Lumpura MH17 reysi ilə uçan “Boeing 777” sərnişin təyyarəsi 2014-cü il iyulun 17-də Ukraynanın Donetsk vilayətində qəzaya uğrayıb. Faciə nəticəsində təyyarədə olan 10 ölkənin 298 vətəndaşı həlak olub. Hərbi əməliyyatların davam etməsinə baxmayaraq, rəsmi Kiyev Donbas üzərindəki hava məkanını bağlamayıb. Hadisənin tədqiqi üçün Avstraliya, Belçika, Malayziya, Niderland və Ukraynanın nümayəndələrinin daxil olduğu birgə istintaq qrupu yaradılıb. Mayın 19-da həmin qrup bəyan edib ki, təyyarənin qəzaya uğramasında dörd nəfər günahkardır. Onların məhkəməsi 2020-ci il martın 9-da başlanacaq.

Vüqar Ağayev

Geri dön