Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Naxçıvan-Cəhri-Şahbuz ortatəzyiqli qaz xətti 13 min abonentə xidmət göstərəcəkdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Naxçıvan-Cəhri-Şahbuz ortatəzyiqli qaz xətti 13 min abonentə xidmət göstərəcəkdir

Naxçıvan-Cəhri-Şahbuz ortatəzyiqli qaz xətti 13 min abonentə xidmət göstərəcəkdir


Ümumi uzunluğu 27 kilometr olan Naxçıvan-Cəhri-Şahbuz ortatəzyiqli qaz xətti 1,5 metr dərinlikdə çəkilir və katod qoruma sistemi ilə təmin edilir.
“Naxçıvanqaz” İstehsalat Birliyindən bildirmişlər ki, ortatəzyiqli boru xəttinin çəkilişi üçün Türkiyədən 10 min 192 metr boru alınıb gətirilmişdir. Bu günə qədər 8 min 70 metr məsafədə qaynaq işləri görülərək xüsusi cihazlarla keyfiyyət göstəriciləri yoxlanılmış, 6 min 500 metr məsafədə kanal qazılmış, torpaq işləri görülmüş, 5 min 80 metr məsafədə borular kanala salınıb qoruyucu lent çəkilərək örtülmüşdür.
İstismara verildikdən sonra yay aylarında kəmər vasitəsilə gündəlik 40 min kubmetr, qış aylarında isə gündəlik 160 min kubmetr qaz nəql etmək mümkün olacaqdır. Qaz kəməri 13 min abonentə xidmət göstərəcəkdir.
Tikintidə muxtar respublikanın relyefinə və təbii iqlim şəraitinə uyğun materiallardan istifadə edilir, onların keyfiyyəti və davamlılığı nəzərə alınır, təhlükəsizlik normalarına ciddi əməl olunur.

Geri dön