Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İdman > Azərbaycan “Minsk-2019”u 28 medalla başa vurdu: 5 qızıl, 10 gümüş, 13 bürünc
Azərbaycan “Minsk-2019”u 28 medalla başa vurdu: 5 qızıl, 10 gümüş, 13 bürünc |
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları başa çatıb.
Minskdə 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq komanda hesabında 50 ölkə arasında 10-cu yerdə qərarlaşıb. Komandamız Oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub. Yarışın sonuncu günündə - iyunun 30-da 36 dəst medalın sahibləri müəyyənləşib. Azərbaycan millisi “Minsk 2019”un sonuncu günündə aktivinə 3 gümüş və 1 bürünc medal yazdırıb. Gümüş medalları karateçilərimizdən Firdovsi Fərzəliyev (60 kq), Rafael Ağayev (75 kq), yunan-Roma güləşi yarışında isə İslam Abbasov (87 kq) qazanıblar. Bürünc medala isə yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) sahib olub. Ümumilikdə 200 dəst medala 43 ölkə təmsilçisi yiyələnib. Onlardan cəmi 34-ü qızıl medal sevinci yaşayıb. Bakıda keçirilmiş ilk Avropa Oyunlarında olduğu kimi, ikinci Avropa Oyunlarında da Rusiya komandası medal siyahısında birinci yeri tutub. Rusiyalı idmançıların aktivində 109 (44-23-42) medal var. İkinci yerdə 69 medalla ev sahibləri Belarus (24-16-29), üçüncü pillədə isə 51 medalla Ukrayna (16-17-18) yığmaları qərarlaşıblar. İlk onluqda İtaliya, Hollandiya, Almaniya, Gürcüstan, Fransa, Böyük Britaniya və Azərbaycan komandaları yer alıblar. Geri dön |