Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Pətək havası ilə nəfəs almaq bir sıra allergik xəstəliklərin sağalmasına səbəb olur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Pətək havası ilə nəfəs almaq bir sıra allergik xəstəliklərin sağalmasına səbəb olur

Pətək havası ilə nəfəs almaq bir sıra allergik xəstəliklərin sağalmasına səbəb olur


Arı və arı məhsulları ilə müalicədə müxtəlif üsullardan istifadə olunur. Onlardan biri də pətək havası ilə müalicədir.

Həkim-fitoterapevt Elnur Eldaroğlunun verdiyi məlumata görə, pətək havası ilə müalicə bronxial astma, təzyiq, yuxusuzluq kimi xəstəliklərdə ən yaxşı təbii üsul hesab olunur: "Arıların öz pətəklərini bakteriya və mikroblardan qorumaq üçün istifadə etdikləri propolis təbii antibiotikdir. Pətəyin içərisindəki propolis, bal və mum isti havanın təsiri ilə müəyyən qədər buxarlanaraq havaya qarışır. Xəstənin həmin hava ilə nəfəs alması olduqca müsbət təsir göstərir. Hava, arıların titrəyişləri və pətəkdə olan səs sakitləşdirici müalicə şəraiti yaradır. Pətək havası ilə nəfəs almaq oksigenin artırılması nəticəsində qan dövranını yaxşılaşdırır, kiçik qan dövranına təsir göstərir, ağciyərdə olan durğunluğu aradan qaldırır və antiallergik təsir edir. Xüsusilə allergik rinit, allergik faringit, allergik bronxit, baş ağrıları, miqren kimi xəstəliklərdə geniş istifadə olunur".

Onun dediyinə görə, müalicə məqsədilə istifadə edilən arılar təbii şəraitdə, heç bir dərman preparatlarından istifadə olunmadan bəslənilməlidir.

Geri dön