Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mərkəzi Elmi Kitabxana "Anar - 80...Şəxsiyyətin tarixi" kitabının təqdimatını keçirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Mərkəzi Elmi Kitabxana "Anar - 80...Şəxsiyyətin tarixi" kitabının təqdimatını keçirib

Mərkəzi Elmi Kitabxana "Anar - 80...Şəxsiyyətin tarixi" kitabının təqdimatını keçirib


AMEA-nın Mərkəzi Elmi Kitabxanası "Anar - 80...Şəxsiyyətin tarixi" kitabının təqdimatını keçirib.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq "altmışıncılar" ədəbi nəslinin görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın ədəbiyyatımızın inkişafında müstəsna xidmətləri olduğunu söyləyib. Qeyd edib ki, XX əsrin 70-80-ci illərində ədəbi-ictimai mühitdə ümummilli ideallar uğrunda aparılan mübarizədə və müstəqillik dövründə yeni ədəbiyyatın yaradılmasında, bədii fikrin ölkə maraqlarına xidmətə istiqamətləndirilməsində Anarın özünəməxsus rolu var.

Akademik xalq yazıçısının “Molla Nəsrəddin” ədəbi məktəbinin böyük ənənələrini yenidən ədəbiyyatda canlandırmağa nail olduğunu, milli ədəbi fikri yeni ideyalar və yaddaqalan obrazlarla daha da zənginləşdirdiyini vurğulayıb.

Tədqimatı keçirilən kitab haqqında fikirlərini bölüşən İ.Həbibbəyli yeni nəşrdə Anarın 80 illik yubileyi ilə bağlı ədəbiyyatşünaslar, yazıçılar, elm adamları tərəfindən yazılmış məqalələrin toplandığını, müsahibələrin, təbrik məktublarının yer aldığını söyləyib, vəsaitin Anarşünas tədqiqatçılar üçün önəmli mənbə olduğunu bildirib.

Sonra kitabın tərtibçisi və "Ön söz"ünün müəllifi Gülxani Pənah, nəşrin elmi redaktoru, filologiya elmləri doktoru, millət vəkili Jalə Əliyeva, Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı Kamal Abdullayev, Xalq şairi Nəriman Həsənzadə, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan və digərləri çıxış edərək yazıçının yaradıcılığından, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıblar.


AMEA Mərkəzi Elmi Kitabxana
İctimaiyyətlə əlaqələr bölməsi

Geri dön