Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > “Aeroportda Elçibəyi saxladılar, dedim ki, bu saat Heydər Əliyevə zəng vuracam"
“Aeroportda Elçibəyi saxladılar, dedim ki, bu saat Heydər Əliyevə zəng vuracam" |
Xanım Xəlilova: "Elçibəyə “silahdaşım” deyən o adamlar bəyi qoyub qaçdılar"
Respublika Prokurorluğu mərhum eks-prezident Əbülfəz Elçibəyin öülümündən əvvəl zəhərlənməsinə dair araşdırma aparıldığını bəyan edib. Açıqlamada qeyd edilir ki, sabiq prezidentin qəsdən zəhərlənməsi barədə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti Bakı şəhər prokurorluğunda araşdırılır. Toplanmış material üzrə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Elçibəyin zəhərləndiyi barədə məlumatlar onun silahdaşları tərəfindən birmənalı qarşılanmayıb. Mərhum eks-prezidentin hazırda Türkiyədə yaşayan yaxın silahdaşı Xanım Xəlilova müsahibəsində bu məsələlərdən danışıb. - Son günlər Elçibəyin zəhərlənməsi barədə söz-söhbət gündəmin mövzusudur. Siz onun yaxın silahdaşlarından biri olmusunuz. Məsələyə sizin münasibətiniz necədir? Deyim sizə, Əbülfəz bəyin xəstə olmasını mən necə bildim? 2000-ci ilin yanvar ayında mənim anam rəhmətə getdi. Mən isə onun üçünə gəlib çıxa bildim. Gələndə gördüm Elçibəy yas yerində yoxdur. Dedim niyə yoxdur, dedilər ki, bəy soyuqlayıb. Getdim evlərinə, görüşdüm onunla, gördüm ki, üzü qap-qaradır. Mən şübhələndim, dedi ki, yox, məndə heç nə yoxdur, ötüb keçəcək. Mən 2000-ci ilin fevralında Türkiyədə ikən zəng elədi ki, “Xanım mən yaxşı deyiləm, Türkiyədə həkimə getməliyəm”. Amma dedi ki, prezidentlikdən sonra ilk dəfədir Türkiyəyə gəlmək istəyir. Və birbaşa həkimə gəlmək istəmir. Hər il olduğu kimi, mart ayının 21-də Türk dünyasının qurultayı olacaqdı. Dedi “sən o qurultaya məni də dəvət elətdir, mən gəlim. Yoxsa ki, ancaq həkim üçün gəlmək istəmirəm”. O qurultayı ilk dəfə Elçibəy təşkil etmişdi. 1992-ci ildə Alparslan Türkeş Bakının Azadlıq meydanına Elçibəyi müdafiə etməyə gəlmişdi. Mintinqdə Elçibəy dedi ki, “Türkiyə böyük dövlətdir, siz bir qurultay eləyin”. Ondan sonra bu qurultay hər il keçirildi. Mən getdim dövlət naziri Abdulhaluk Çayın yanına və bəyin dedilərini ona danışdım. O, mənə dedi ki, Elçibəyin dəvətini təşkil edəcək. Dedim ki, birdən icazə verməzlər. Dedi “yox sən nə danışırsan. Mən kişiyəm, nazirlikdən istefa edərəm”. Bunları bəyə dedim. Amma bəyin Türkiyəyə gəlişinə prezident Süleyman Dəmirəl icazə vermədi, dedi ki, “Elçibəy gələ bilməz. Mən icazə vermirəm”. Dəmirəl bildirdi ki, əgər Elçibəy qurultaya gəlsə, iki dövlət arasında inciklik yaranacaq. Mən bunları da telefonla Elçibəyə çatdırdım. Telefonlar da ki, dinlənilirdi. Sonra mən Kültür dərnəyindən Səlcuq Ünal var idi, onu göndərdim Bakıya, Elçibəyə olanları danışsın. O gəlib bəylə danışdı ki, vəziyyət belədir. Martın 21-də qurultay oldu və Elçibəy Türkiyəyə gələ bilmədi. Bir müddətdən sonra mənə zəng gəldi ki, bəyin vəziyyəti ağırdır, sən gör neyniyə bilirsən? Onu Türkiyəyə aparmaq lazımdır. Bundan bir neçə gün sonra Elçibəyin özü mənə zəng elədi ki, “Xanım ola bilər ki, məni Türkiyə istəmir. Onda məni millətçilər Hollandiyaya aparsınlar”. Bu mənə çox pis təsir elədi. Bundan sonra mən getdim MHP-li millət vəkili Mehmet Ceylanın yanına. O həm də iş adamı idi. Dedi ki, məsələ ilə bağlı danışıb, mənə iki günə xəbər edəcək. Sonra qərar alındı ki, Elçibəyi özəl təyyarə ilə Türkiyəyə gətirsinlər. Bu sirr olaraq saxlanılırdı, bu. Mənim qızım, Mehmet Ceylan, MHP-li digər millət vəkili Ərdoğan təyyarəylə gəldilər Bakıya. Mən Elçibəyə dedim ki, Mirmahmud bəy sənin Kələkidən gəlməndə müşühidəçi olubsa, aeroportdan elə o yola salsın. Əbülfəz bəyi 2 saata yaxın Bakı aeroportunda saxladılar. Bunu mənə telefonla əlaqə saxlayıb dedi Mehmet Ceylan. Bildirdi ki, nəsə problem var, buraxmırlar. Mən dedim ki, Elçibəyin nə günahı var? Niyə buraxmırsınız? Əgər xaricə çıxmaq qadağası varsa, mən indi prezident Heydər Əliyevə zəng edəcəm. Bunu deyəndən 15 dəqiqədən sonra cavab gəldi ki, buraxın. Elçibəyin özü danışırdı ki, təyyarəyə minəndə, pilotlar onu görüb əsiblər. Gəlib onu qucaqlayıblar. Çox sevinirmişlər. Türkiyəyə gələndə mətbuata açıqlama da oldu, protokolla gəldi. Elçibəy mətbuata xəstə olduğunu demədi. Bildirdi ki, “türk qardaşlarımı görməyə gəlmişəm. Elə burada həkimə də görsənəcəm”. Ondan sonra elə həmin gün Ankara xəstəxanasına getdik, baş həkim, hamısı hazır idi, bizi gözləyirdi. Həkimlər dedi ki, xəstəxanada qalsın. Məlum oldu ki, onda prostat xərçəngi var. Hamımız buna dilxor olduq. Həkimlər əməliyyat olunmağı məsləhət gördülər. Amma Elçibəy icazə vermədi əməliyyata, nə də kimyəvi terapiyaya razı oldu. Həm də ki, artıq bədəninə yayılmışdı xərçəng. Elçibəy dedir ki, əməliyyat olsa, ən çoxu 1-2 il yaşayacaq. Həm də, kimyəvi terapiyayla tükləri töküləcək, üzünü qırxacaq. Hətta dedi ki, “peyğəmbər 62 yaşında ölüb, mən ondan çox yaşamaq istəmirəm”. Ondan sonra qayıtdı Azərbaycana. Yenidən Amerikada türk yürüşü üçün yola çıxdı. Türk yürüşündə Elçibəy çıxış etməliydi. Amma Azərbaycanın Amerikada səfirliyi buna etiraz etmişdi ki, niyə o çıxış edir? Onda xalq ayağa qalxdı ki, bəy çıxış etməlidir. Bundan sonra Türk Federasiyası bizi İngiltərəyə dəvət elədi, məni və Elçibəyi. Amma elə oldu ki, Elçibəy gedə bilmədi. Dedi ki, Azərbaycandan gələn dostarla birlikdə bir çox görüşlər keçirəcək. Və Elçibəy görüşlərdən qaldı. Dedi “sən məni təmsil edərsən”. Mən də getdim. Mehmet Ceylangillərlə İngiltərəyə. Londonda Türk Fedarasiyası gözəl bir tədbir təşkil etmişdi. Hətta mən Elçibəyin adından çıxış da etməliydim. PKK-çılar dedilər ki, “sən burada çıxış etsən, səni burada yox edəcəyik”. Mənə dedilər ki, bəlkə sən çıxış etməyəsən, PKK oranı bombalaya bilər. Dedim mən sovetləri dağıdan xanımam, PKK-dan qorxan deyiləm. Mən çıxış etdim, Qarabağ məsələsindən, erməni iddialarından danışdım. Ondan sonra Elçibəy gəldi Bakıya. Bir müddətdən sonra Novella Cəfəroğlu mənə zəng etdi, dedi ki, “Xanim bəy ölür, vəziyyəti ağırdır, sahibi yoxdur, durma gəl”. Gəldim Bakıya. 2000-ci ildə seçkiqabağı dövr idi. Gələndə eşitdim ki, bəy bağdadır. Mənə dedilər yanında Fazil bəy var, seçki üçün. Proporsional siyahıda kimin harada, neçənci yerdə olacağını o müəyyənləşdirir. Dedim nə danışırsınız, bəy nə hayda, bunlar nəyin dərdində. Mən də girdim içəri, bəyi gördüm, qorxdum. Əbülfəz bəyin ayaqları, üzü şişmişdi. Gəzə bilmirdi. Mən gördüm yox, bəyin vəziyyəti pisdir, deməli prostat xərçəngi öz rolunu oynayır. Sidik bütün bədənə yayılıb, çıxa bilmir. Vəziyəti çox ağırdır. Hamısını söydüm orada, qışqırdım, dedim ayıb deyil, kişi ölür, hər kəs öz canının hayındadır. Ondan sonra Türkiyənin dövlət bakanı Eniş Öksüzə zəng etdim. Ankara xəstəxanasında baş həkimiylə danışdım, Mehmet Ceylanla da. Dedim mütləq gəlin, ya bəyi aparaq, ya istəyirsiniz burada baxın. İki gündən sonra gördüm ki, həkimi Çankon Germiyan gəldi. O həkim də heç təyyarəyə minə bilmirdi. İlk dəfə Elçibəyə görə təyyarəyə minmiş. Onda belə bir fobiya var idi. Bəyi yoxladı, dedi ki, bunu götürmək lazımdır, vəziyəti pidir. Mən də bəylə getməliydim, amma bəzi müxalifətçilər narazılıq etdilər ki, bəyi Xanım niyə aparmalıdır? Bəy dedi “sən qal, mən gedərəm”, dedim yaxşı. Əli Mürsəloğlu, Elçibəy, Çankon üçü getdilər. Bilirdim ki, bunun dönüşü yoxdur, gedişi sonuncudur. Elçibəyi dövlət nazirləyi qarşıladılar - Haluk Çayiz, Eniş Öksüz, eləcə də Mehmet Ceylan, Atilla Kaya... Ankara xəstəxanasına gətirdik. Bütün ülkücülər gecə-gündüz bəyin başının üstündə qarovul çəkirdilər. Qarovul deyildi bu, onların hörməti idi. Mən gördüm ki, yox , bəy bir–iki günə gedəcək. Genelkurmayın ikinci başkanına zəng elədim. Dedim ki, onun vəziyyəti çox ağırdır. Dedim ki, o “Atatürkün əsgəriyəm” deyib. Əgər siz Atatürkün əsgərinə sahib çıxmasanız, sabah Atatürkə sahib çıxmayacaqsınız. Niyə Elçibəyi tək buraxırsınız? İki gündən sonra mənə zəng elədi və bəyi Gülhanə Əsgəri Tibb Akademiyasına aparırlar. Artıq bəy yeriyə bilmirdi, xərəkdə apardıq onu. Mən bəyə demədim ki, bunu mən etdim. Dedim ki, “bəy, görün türk milləti sizi necə sevir”. Bu vaxt Mimahmud ağa Bakıya döndü və mətbuat konfransı keçirdi. Bildirdi ki, bəylə danışıb və vəziyyəti yaxşıdır. Az sonra Mehmet Ceylan mənə dedi ki, artıq bəy beyin ölümü keçirib. Ondan sonra bəy vəfat etdi. - Siz həkimlərin yanında olurdunuz. Bəs heç bir dəfə olsa həkimlər zəhərlənmə ilə bağlı sizə nəsə demədi? - Mən, eləcə də Mehmet Ceylan həmişə həkimlərlə danışırdıq. Amma onlar bir dəfə də olsa, bu haqda heç nə danışmadılar. Elə ilk dəfə Türkiyəyə gələndə də bəyə prostat xərçəngi diaqnozu qoydular. Zəhərlənmə olsaydı, biz bilərdik ki, onda nə zəhərlənməsi var? Bakıda da dedilər ki, onu Türkiyədə zəhərləyiblər. Bu cür şeyləri danışmaq heç doğru deyil. Lazımdırsa, Gülhanə Əsgəri Tibb Akademiyasına da rəsmi məktub yazılsın, onun ölüm səbəbi öyrənilsin. Həkimlər onlara cavab verər. Həm də ki, həkimlər bildirdi ki, əgər bəy Kələkidə olan vaxt gəlsəydi, yaxşı olardı. Çünki, artıq bəy çox gecikmişdi. Artıq xərçəng bədənə yayılmışdı. Birinci dəfə Türkiyəyə gedəndə artıq diaqnoz qoyuldu, amma ikinci dəfə gedəndə biz bilirdik ki, bəy öləcək. - Mirmahmud Mirəlioğlu bildirib ki, Elçibəyin zəhərlənməsilə bağlı deyilən bəzi məqamlar əsassız deyil. Bəlkə xarici gücləri nəzərdə tutub bunu deyir? - Əsassız deyilsə, açıqlama versin. Yalandan ortada sözü deməklə, deyil. İnsanlarda şübhə yaratmasın. Amma əvvəldən bəyin yanında Mirmahmud yox idi. Sonradan gəlib onun yanına. Ankara xəstəxanasında yanında köməkçisi və qohumu Əli Mürsəloğlu var idi. Hətta Oqtay Qasımov gəlməyi çox istəyirdi. Amma imkan vermədilər. Çox oyunlar oynanılırdı onda. Əbülfəz bəyi heç kəslə görüşdürmürdülər. Onun yanına Almurad bəy gələ bilərdi, amma imkan vermirdilər. Guya Elçibəy heç kimlə görüşmək istəmir, hətta telefonla da görüşdürmürdülər. Bunu Mirmahmud ağa eləyirdi. Məsələn, o vaxt Sevil Nuriyevayla, Tənzilə xanım gəlmişdi. İcazə vemirdilər görüşməyə. Mən getdim və dedim ki, girəcəklər bəyin yanına. İstəmirdilər Bakıdan gələn adamlarla bəy görüşsün. Hətta bəyin ailəsinə də deyiblər ki, bəy yaxşıdır. Mirmahmud ağa hətta Almurad bəyə demişdi ki, bəy yaxşıdır, gimnastika eləyir. Elçibəyin yanında gecə-gündüz Əli Mürsəloğlu qalırdı, amma gündüzlər Mirmahmud bəy olurdu. Mən onu uzaqlaşdıracaqdım oradan, lakin Bakıya gəldiyim üçün bunu edə bilmədim. Bəy beyin ölümü keçirir, Mirmahmud isə Bakıya gəlib deyir ki, bəy yaxşıdır, gimnastika eləyir. Mən bir şey deyim, Elçibəy heç bir zaman Xalq Cəhbəsi Partiyasının parçalanmasını istəmirdi. Elçibəy xalq hərəkatının lideri idi, Xalq Cəbhəsinin partiya edilməsini istəmirdi. Bəzi adamlar partiya yaratdılar, məsələn, Əli Kərimli, ona görə də millət vəkili seçildi. Bəy heç prezident də olmaq istəmirdi, onu məcbur etdilər. Türkiyədən Mehmet Kəngərli və bir çox adam gəldi və xahiş elədi. O xalq hərəkatının lideri idi. Bəlkə də doğrusu da o idi. Sonra o Kələkidə olanda partiya yaratdılar, başında da məcburən onun adı var idi. Bundan sonra da neçə yerə parçalandı. - Hər kəs deyir ki, Əbülfəz Elçibəyin ən yaxın adamıyam. Sizcə kim idi onun ən yaxın adamı? - Mirmahmud bəy elə bilərəkdən bəyin son vaxtlarında yanında oldu ki, hamı elə bilsin ki, onun ən yaxın adamı odur. Amma Əbülfəz bəy millətini sevən adam idi. Hər kəsi qucaqlayan bir insan idi. Məsələn, ən ağır günlərində Oqtay bəy yanında idi. Kələkidə hamısı onu yarıyolda qoyub qaçdı. Ancaq Oqtay qaldı yanında. Dedilər ki, Kələkiyə hücum edəcəklər, çoxu Türkiyəyə gəldi. Türkiyə dövləti Elçibəyə telefon və iki qoruma vermişdi. Amma bir müddətdən sonra onun telefonunu təmir adıyla aldılar. Burada yenə də Süleyman Dəmirəlin barmağı var idi. Mən onda Tansu Çillərin yanında getdim və dedim ki, niyə Elçibəyə sahib çıxmırsınız? Onu axtarmırsınız? Dedi ki, indi zəng edim. Dedim yox zəng edə bilməzsən. Çünki telefonunu götürüblər. 3 gündən sonra mənə dedi ki, hazır olun, telefon göndərəcəyik. Mən heç kimə inanmadım. Hamı mən-mən deyirdi. Telefonu Naxçıvandakı səfirliyə göndərdilər. Oğlum Toğrulu göndərim ki, getsin o alıb versin telefonu bəyə. Toğrul gedib telefonu alıb verdi bəyə. Yəni çoxları deyir ki, mən yaxın idim. Amma elə onların çoxu bəyi qoyub qaçdılar. Sevinc İltifatqızı/Modern.az Geri dön |