Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda kütləvi amnistiya elan edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan-Təbriz > İranda kütləvi amnistiya elan edilib

İranda kütləvi amnistiya elan edilib


İranın ali lideri ayətullah Əli Xamneyi "Fitir" bayramı (Ramazan bayramı) münasibətilə amnistiya elan edib.
İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani "Fitir" bayramı (Ramazan bayramı) münasibətilə ali liderə məktubla müraciət edib. Müraciətdə bir sıra siyasi, hərbi və mülki cinayətlərə görə amnistiya elan edilməsini istəyib və ali lider bu haqda fərman imzalayıb. Bu barədə İSNA agentliyi məlumat verir.
Məlumata əsasən, amnistiya qərarı ilə bir il müddətinə azadlıqdan məhrum edilmiş şəxslər cəzalarının çəkilməmiş hissəsindən azad olunub. Bir ildən beş ilədək müddətə azadlıqdan məhrum edilmiş şəxslərin cəzaları yarıyadək azaldılıb. Beş ildən 15 ilədək müddətə azadlıqdan məhrum edilmiş şəxslərin cəzasının üçdə bir hissəsi bağışlanıb.
Ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar. Himayəsində azyaşlı uşaqlar olan məhbus qadınlar cəzalarının çəkilməmiş hissəsindən azad olunub. Sağalmaz və yolxucu xəstəliklərdən zəiyyət çəkən məhkumlar da amnistiya qərarı ilə bağışlanıblar.
Pul cəriməsi və azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 18 yaşdan aşağı olan yeniyetmələr, yaşı 65-dən çox olan kişi və 50-dən artıq olan qadın məhkumlar da cəzadan azad olunurblar.
Borcu ödəmədiyi üçün məhkum olunmuşlar və 6 ay müddətinə azadlıqdan məhrum edilmiş şəxslərə də amnistiya tətbiq olunaraq cəzadan azad ediliblər.
Amnistiya qərarı ilk dəfə cinayət törədərək ömürlük azadlıqdan məhrum edilmiş şəxslərlərə də şamil edilib.
Amnistiya qərarı silahlı basqın, silah və narkotik qaçaqmalçılığı, vətənə xəyanət, milli təhlküəsizlik əleyhinə, adam oğurluğu, zorlama, insan alveri, külli miqdarda dələduzluq, pul və qiymətli kağızların saxtakarlığı cinayətləri törədərək 5 ildən 15 ilədək azadlıqdan məhrum edilmiş şəxslərə şamil olunmur.

Geri dön