Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ-ın Avropadakı Qoşunlarının komandanı: “Qafqaz təhlükəsizlik baxımından qaynar bir yer olaraq qalır”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > ABŞ-ın Avropadakı Qoşunlarının komandanı: “Qafqaz təhlükəsizlik baxımından qaynar bir yer olaraq qalır”

ABŞ-ın Avropadakı Qoşunlarının komandanı: “Qafqaz təhlükəsizlik baxımından qaynar bir yer olaraq qalır”


«Avropa və Yaxın Şərq arasında tarixi kəsişmə nöqtəsi olan Qafqaz təhlükəsizlik baxımından qaynar bir yer olaraq qalır».
Bu barədə ABŞ-ın Avropadakı Qoşunlarının komandanı, general-leytenant Mark Hertlingin «Foregin Policy» jurnalında dərc olunmuş məruzəsində bildirilib.
Məruzədə qeyd olunub ki, ATƏT-in Minsk qrupu Qarabağ probleminin siyasi yolla həlli üzərində işləyir. Lakin hər iki tərəfdə hərbi rəhbərlik problemin həllini daha tez tapa biləcəklərini ifadə edir. Gürcüstan və Rusiya arasındakı münaqişə sərhəddə yaralarla iz qoyub. Gürcüstan NATO və Avropa Birliyinə üzv olmaq niyyətindədir. Bu da yaraların yaxın vaxtda sağala bilməyəcəyini göstərir.
Məruzədə deyilir ki, İran və Türkiyənin region ölkələri ilə münasibətləri ekspertləri də çaşdırır. Türkiyənin Ermənistanla sərhədi bu ölkələr arasında mübahisələrdə siyasi faktor kimi ortaya çıxır. Bölgədəki konfliktlərin hamısı Türkiyə, Rusiya və İranla əhatə olunub. Regiondakı potensial konfliktlər o qədər gerçək şəkildə görünür ki, bir neçə il bundan əvvəl ABŞ Ordusunun Təlim və Doktrina Komandanlığı Qafqazla bağlı hərbi ssenarilər hazırlayıb. ABŞ Ordusunun Baş Qərargah Kolleci GAAT (Gürcüstan-Ermənistan-Azərbaycan-Türkiyə) kursunda bunu bir mövzu kimi öyrənir.
«Regionla, siyasi liderlərlə, hərbçilərlə görüşəndən, gənc nəsil və sovet dövründə təhsil alan nəsil arasında olan fərqi görəndən sonra anladım ki, bunlar mənim Kanzasda öyrəndiklərimdən fərqlənir», - deyə Amerikalı general vurğulayıb.
General qeyd edib ki, GAAT-da təmsil olunan 4 dövlət Əfqanıstan və Kosova kimi yerlərdə iştirak edərək NATO qüvvələrinə inteqrasiya olunur. Bununla da regiondakı təhlükəsizlik problemlərinin sülh yolu ilə idarə etmək üçün potensial inkişaf edir.
Məruzədə Gürcüstanın ABŞ və NATO ilə əməkdaşlığından geniş söhbət açılır. Gürcüstan hərbi rəhbərliyinin bacarıqlı və daha professional ordunun inkişaf etdirilməsi üçün ABŞ-dan dəstək tələb etdiyini qeyd olunur. General həmçinin qeyd edib ki, Azərbaycan və Ermənistan isə sülhyaratma əməliyyatlarında iştirak etmək üçün peşəkarlardan ibarət briqadalar yaradıb: «Bu birləşmələr, hansılar ki, Dağlıq Qarabağda münaqişə bölgəsində xidmət etmir, əsasən professional əsgərlərdən yığılıb. Onlar hərbi çağırışçılar deyil və onlara təlimlər ingilis dilli, qərb mütəxəssisləri tərəfindən keçirilir. İlk baxışda onlar Dağlıq Qarabağdakı mövqelərdə qərarlaşan qüvvələrdən daha yaxşı təlimli kimi görünürlər».
Məruzədə qeyd olunub ki, Azərbaycan, Ermənistan və Gürcüstan peşəkar ordunun yaradılması istiqamətində işlər həyata keçirir. Bu çərçivədə ABŞ-ın Fərdi Hərbi Təhsil və Təlim (IMET) proqramı çərçivəsində gənc zabitlər hazırlanır: «Bu gənclərlə sovet vaxtı yetişən generallar arasındakı fərq açıq hiss olunur. Ermənistan və Azərbaycan ordusunda tabor və briqada komandirlərindən bir çoxu NATO və ABŞ hərbi məktəblərində təhsil alıb».
General qeyd edib ki, ABŞ Qafqaz ölkələrinə gələcək koalisiya tərəfdaşları kimi baxmaqda davam edəcək.

Geri dön