Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > AQTA GMO bitkilərin siyahısını açıqlayıb
AQTA GMO bitkilərin siyahısını açıqlayıb |
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Geni Modifikasiya Olunmuş (GMO) bitki növlərinin siyahısını açıqlayıb.
AQTA-dan verilən məlumata görə, hazırda dünyada istehsal edilən genetik modifikasiya olunmuş bitki növlərinin sayı cəmi 30-dur. Məlumatda əsasən, Ümumdünya Səhiyyə Təşkilatı (WHO) geni modifikiasiya edilmiş bitkilərinin istehlakının insan üçün təhlükəsiz olması ilə bağlı bildirir ki, bu cür bitkilərin həm qida, həm də yem kimi istifadəsinə icazə verilən ölkələrdə sağlamlığa yönəlmiş heç bir təsiri aşkar olunmayıb. Avropa Komisiyyasının verdiyi məlumata görə, 25 ildə 500 müstəqil tədqiqat müəssisəsində həyata keçirilən 150 tədqiqat proyekti zamanı GMO – nun təhlükəli olması ilə bağlı heç bir nəticə əldə olunmayıb. Hazırda dünyanın bir çox ölkəsində GMO istehsalı ilə məşğul olan şirkətlər mövcuddur. Geni modifikasiya olunmuş bitki növlərinin siyahısını təqdim edirik: 1. Pomidor (Lycopersicon esculentum) Kanada, Çin, Meksika, ABŞ 2. Yemiş (Cucumis melo) ABŞ 3. Alma (Malus x Domestica) Kanada, ABŞ 4. Kartof (Solanum tuberosum L) Rusiya 5. Əkin yoncası (Medicago sativa) Argentina, Avstraliya, Kanada, Yaponiya, Meksika, Yeni Zelandiya, Sinqapur, Cənubi Koreya, ABŞ 6. Lobya (Phaseolus vulgaris) Brazilya 7. Pambıq (Gossypium hirsutum L.) Argentina, Avstraliya, Brazilya, Qərbi Afrika, Kanada, Çin, Kolumbiya, Efiopiya, AB, Hindistan,Yaponiya, Malaziya, Myanmar, Yeni Zelandiya, Paraqvay, Filippin, Sinqapur, Pakistan, Cənubi Aftrika, Cənubi Koreya, Sudan, Tayvan, ABŞ, Svaziland 8. Badımcan (Solanum melongena) Bangladeş 9. Kətan (Linum usitatissimum L.) Kanda, Kolumbiya, ABŞ 10. Qarğıdalı (Zea mays L.) Argentina, Avstraliya, Brazilya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, Kuba, Misir, AB, Honduras, İndoneziya, İran, Meksika,Yaponiya, Malaziya, Yeni Zelandiya, Nigeriya, Panama, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Pakistan, Cənubi Aftrika, Cənubi Koreya, Sudan, İsveçrə, Tayvan, Tayland, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam, Zambiya 11. Gavalı (Prunus domestica) ABŞ 12. Raps (Brassica rapa) Kanada 13. Düyü (Oryza sativa L.) Avstraliya, Kanada, Çin, Kolumbiya, Honduras, Yaponiya, İran, Meksika, Yeni Zellandiya, Filippin, Rusiya, Cənubi Afrika, ABŞ 14. Qızıl gül (Rosa hybrida) Avstraliya, Kolumbiya, Yaponiya, ABŞ 15. Saflor (Carthamus tinctorius L.) Avstraliya 16. Soya (Glycine max L.) Argentina, Avstraliya, Boleviya, Brazilya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, AB, Hindistan, İndoneziya, İran, Meksika,Yaponiya, Malaziya, Yeni Zelandiya, Nigeriya, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Cənubi Aftrika, Cənubi Koreya, İsveçrə, Tayvan, Tayland, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam 17. Balqabaq (Cucurbita pepo) Kanada, ABŞ 18. Şəkər çuğunduru (Beta vulgaris) Avstraliya, Kanada, Çin, Kolumbiya, AB,Yaponiya, Meksika, Yeni Zellandiya, Filippin, Rusiya, Sinqapur, Cənubi Koreya, Tayvan, ABŞ 19. Şəkər qamışı (Saccharum sp) Brazilya, Kanada, İndoneziya, ABŞ 20. Şirin bibər (Capsicum annuum) Çin 21. Tütün (Nicotiana tabacum L.) AB, ABŞ 22. Yumşaq buğda (Triticum aestivum) Avstraliya, Kolumbiya, Yeni Zelandiya, ABŞ 23. Kanola (Brassica napus) Avstraliya, Kanada, Çili, Çin,AB, Malaziya, Meksika, Yeni Zelandiya, Filippin, Sinqapur, Cənubi Afrika, Cənubi Koreya, Taivan, ABŞ 24. Qərənfili (Dianthus caryophyllus) Avstraliya, Kolumbiya, AB, Yaponiya, Malaziya, Norveç 25. Adi kasnı (Cichorium intybus) ABŞ 26. Sürünən tarlaotu (Agrostis stolonifera) ABŞ 27. Evkalipt (Eucalyptus sp.) Brazilya 28. Papaya (Carica papaya) Kanada, Çin, Yaponiya, ABŞ 29. Petunya (Petunia hybrida) Çin 30. Qovaq (Populus sp.) Çin Qeyd edək ki, bu bitki növlərinin Azərbaycanda istehsalı və idxalı qadağandır. Geri dön |