Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > “5 milyon Uyğur Türkünə Çindəki həbs düşərgələrində işgəncə verilir”
“5 milyon Uyğur Türkünə Çindəki həbs düşərgələrində işgəncə verilir” |
Şərqi Türküstan Milli Məclisinin sədri Seyit Tümtürk, Eurasia Diary-nin türk dili redaksiyasının suallarını cavablandırıb.
– 5 iyul tarixində Şərqi Türkistanın paytaxtı Urumçi şəhərində Çin tərəfindən törədilmiş qətliamın 10-cu ildönümü oldu. Urumçi qırğını 5 iyul 2009-cu ildə başlamış və 7 iyuladək davam etmişdir. Üç gün içərisində minlərlə uyğur türkü qətlə yetirilmişdir, ancaq Çinə görə yalnız 197 adam öldürülmüşdür. 2009-cu ildən Çin Uyğur türklərinə qarşı mədəni, dini məhdudiyyətlər və irqçi ayrı-seçkilik ilə həyata keçirir. 2014-cü ildən etibarən Çin Şərqi Türküstanda “terrora qarşı ictimai mübarizə”, “peşə təlim mərkəzi” və “reabilitasiya mərkəzi” adı altında inşa etdiyi konsentrasiya düşərgələrində milyonlarla uyğur türkünü təqib edir. Bütün bu hadisələr barədə ətraflı məlumat verə bilərsinizmi? – Urumçi qırğınında minlərlə Şərqi Türküstanlı qardaşlarımız həyatını itirmiş və minlərləsi itkin düşmüşdür. Biz hələ itkin olanlar haqqında heç bir məlumat əldə edə bilməmişik. Çin Urumçi qırğınında ölən 130-140 nəfərdən bəhs etdi. Amma biz bilirik ki, Urumçi qırğınında bizim minlərlə Şərqi Türkistanlı yoldaşlarımız Çin işğalçı qüvvələri tərəfindən qətlə yetirilmişdir. Bu rəqəm ölmüş və itkin düşmüş şəxslərin faktiki statistik rəqəmləridir, ancaq Şərqi Türkistanda müstəqil müşahidəçilər tərəfindən aparılan müşahidələr və araşdırmalardan sonra dəqiqlik qazanacaqdır. O zamana qədər yalnız Çinin qaranlıq zülm səhifələrində yox olmağa məhkum, gizli qalacaqdır. İndi isə nümunə üçün qeyd etmək istəyirəm ki, Çin işğalçı rəhbərliyi, 1990-cı illərin əvvəllərində Çində baş verən universitet tələbə hərəkatında ölənlərin sayını yenə də onlarla,yüzlərlə ifadə etmişdi. Ancaq biz çox yaxşı bilirik ki, Çin işğalçı hökuməti Pekin hadisələrində öz övladlarını,universitet tələbələrini, ziyalılarını sırf demokratiya tələb etdikləri üçün, tankların paletləri altında əzərək, atəş açaraq qətlə yetirmişdir. Çin həm də o dövrdə öldürülən tələbələrin sayını da dilə gətirərək onlarla ifadə etdi, ancaq qətliamdan çox illər sonra, qırğındakı ölümlərin daha çox olduğu araşdırmalar nəticəsində məlum oldui. Bu Çinin nə ilk yalanı, nə də son yalanıdır. Çin polis qüvvələri Urumçidə sülhpərəst nümayişçilərə müdaxilə edir (2009)-Reuters Türkiyə Respublikasından, o zamankı ölkə prezidenti Abdullah Gülün siyasi, mədəni, mətbuat media və intellektual şəxsiyyətlərdən ibarət olan 300 yüksək səlahiyyətli şəxslə birlikdə Ata yurdumuz Şərqi Türkistana ilk dəfə bir rəsmi səfərinin gerçekleşdiği bir dövrdə Urumçi qırğını meydana gəldi. 5-7 İyul Urumçi qırğınından əvvəl, 26 iyun tarixində Şauqan bölgəsində Şərqi Türküstandan ucuz işçi qüvvəsindən istifadə etmək üçün aparılan yüzlərlə qız və oğlan işlədikləri fabriklərin yataqxanalarına olan hücum zamanı qətlə yetirildi. Saat 19:00-da başlayan və səhərə qədər davam edən bu qırğında, Çin milis qüvvələri, paramilitar qüvvələr əli silahlı və sistemli şəkildə yataqxanalara hücum edərək gerçəkləşdirdi və heç kim buna mane olmadı. İyunun 26-da Şouqan qətliamına ədalət istəyən universitet tələbələri, ziyalılar 5 iyul UrumçidəÇin hökumətindən, “sən zorla apardığın uyğur işçilərin, gənclərimizin, qızlarımızın, oğlanlarımızın, qətlinə göz yumdun,onlarıqətl edənləri tapıb ədalətə təslim et ki,haqq yerini tapsın” deyərək demokratik reaksiya göstərdilər. Ancaq Çin hökuməti bu demokratik reaksiyanı “xalq üsyan etdi,dövlətə baş qaldırdı” deyərək qırğına çevirdi və bizim bildiyimiz rəqəmlərə görə minlərlə Şərqi Türkistanlı sivil xalq sadəcə demokratik tələblərinə görə qətliama uğradı. Urumçidəki nümayişdə aralarında qadınların da olduğu bir çox insan yaralandı (Urumçi-2009)- Reuters Urumçi qırğınındakı say çox az göstərildi, amma biz bilirik ki, həlak olanlar, şəhidlər və itənlər minlərlə idi.Yaxınlarından ölən və itkin düşənləri araşdırmaq üçün səlahiyyətli orqanlara müraciət edən Şərqi Türkistanlılar Çin rəsmi orqanları tərəfindən təhdid edildi və “dərhal vaz keçin, araşdırmadan əl çəkin yoxsa sizin üçün problem yaranacaq” deyilərək qorxuduldular və bu araşdırma heç vaxt gerçəkləşmədi . Eynilə bu gün Şərqi Türküstanda 3 ildir tətbiq olunan Çin düşərgələri və bu düşərgələrdə işğal, qırğın və qətllər. Birləşmiş Millətlər Təşkilatının rəqəmlərinə və Avropa Parlamenti hesabatlarına görə,1 milyon Uyğur Türkü işgəncə gördüyü düşərgələrdə hər cür insan haqları pozuntularına məruz qalır. Çinli polis tərəfindən saxlanılan uyğur qadın-Urumçi- Reuters Birləşmiş Millətlər Təşkilatı və Avropa Şurası Parlament Assambleyası, düşərgələrin bağlanmasını və Uyğur Türklərinin azad edilməsini tələb etdi. Çin bu düşərgələri 2-3 ildir inkar edirdi və Çinin inkar etdiyi düşərgələrin peyk görüntüləri yayımlandı. Və beynəlxalq qurumlar, xəbər agentlikləri, mətbuat orqanları dünya ilə bu düşərgələrin təsvirlərini paylaşdılar. Düşərgələrdə işgəncə görən, əslən şərqi Türkistandan olan, sonradan isə Qazaxıstan vətəndaşlığına keçən Gülbahar Celilova, Ömer Bekali və Selik Can kimi qardaşlarımız Qazaxıstan hökumətinin tələb və cəhdləri nəticəsində Çin işgəncə düşərgələrindən azad edildilər. Bu qardaşlar düşərgədən ayrıldıqdan dərhal sonra Qazaxıstana qayıtdılar və Qazaxıstanda beynəlxalq mətbuat nümayəndələri və insan haqları təşkilatları ilə keçirilən mətbuat konfranslarında Çin tərəfindən inkar edilən düşərgələr və orada öldürülmüş və işgəncə verilmiş şəxslər haqqında ayrı-ayrılıqda danışdılar. Şərqi Türküstandaki həbs düşərgələrindən bəziləri-Reuters Bundan sonra 3 ildir ki, Çin inkar etdiyi düşərgələri qəbul etmək məcburiyyətində qaldı və bu düşərgələri qəbul edərkən də dünya ictimaiyyətini bu dəfə də başqa bir yalanla aldatmağa çalışaraq bunlari dedi “Bəli burada düşərgə var. Düşərgələrdə biz intellektual islahat və ideoloji təmizlənmə edirik, peşə təhsili kursları veririk”. Buradakı əsas məqsəd, müsəlman və türkçülük kimliyini məhv etmək və, tarixi türk-islam məkanı olan Şərqi Türkistanı Çin ərazisinə çevirməkdir. Bölgədəki 35 milyon Şərqi Türkestanı bütünlüklə məhv etmək və beləliklə “bir nəsil,bir yol” layihəsi adlı 20 trilyon dollara yaxın bir iqtisadi güc , 4 milyard insan və 60 ölkəni əhatə edən bir layihəyə mane olaraq gördüyü Şərqi Türküstanı tamamilə məhv etmək,assimilyasiya etməyi hədəfləyir. Burada terror, radikalizm və ekstremizm bəhanəsi ilə bir millətin ümumi məhvinin layihəsini görürük. Çin bir daş ilə bir neçə quş vurmaq istəyir və burada məqsəd günahsız Şərqi Türkistan xalqını dünyaya terrorist elan etmək və Şərqi Türkistan xalqı üzərindən dünya ictimaiyyətinin dəstəyini çəkməklə Şərqi Türkistanı bütünlüklə məhv etməkdir. Çinin minlərlə uyğur türkünü yerləşdirdiyi Dabançenq həbs düşərgəsi- Reuters Çin bütün izahatlarda yalana müraciət edir, dezinformasiyaya, informasiya çirkliliyinə, həssas əməliyyatlara üz tutaraq bütün Şərqi Türkistan xalqlarını dünya ictimaiyyətinin gözünden salaraq soyqırımları ən üst səviyyəyə çıxarır. Çinin ən son yalanı, 2 gün əvvəl Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Pekinə etmiş olduğu, Şi Cinpinglə ikitərəfli görüşündə cənab Prezident Rəcəb Tayyib Ərdoğanın heç istifadə etmədiyi bir sözü onun ağzından deyilmiş kimi ‘Sincanlılar dinclik içində yaşayır‘ deyərək həm Uyğurların, həm də ŞərqiTürkistanlıların Türkiyəyə qarşı ümidini qırmaq, həm də Türkiyə Cumhuriyyəti’nin və Prezidentinin etibarını sarsıtmaq və dünya ictimaiyyətində alçaltmağı məqsəd qoymuş vəziyyətdədir. Çinli qırğınlar yalan olsa da, bu yalanların nə cəbhəsi, nə də arxası kəsilir, böhtanlar da həyata keçirilir. Bu yalanların ardı arası kəsilmir, Çin qətl edərkən yalanlarını, böhtanlarını da paralel icra edir. Həbs düşərgəsindəki uyğur uşaq- Reuters Birləşmiş Millətlər Təşkilatının və Avropa Parlamentinin məlumatlarına görə, 1 milyon Uyğur Türkünə düşərgələrdə və həbsxanalarda işgəncə edilir. Birləşmiş Millətlər Təşkilatının və Avropa Parlamentinin “düşərgələri bağlayın və Uyğur türklərini azad edin” çağırışına baxmayaraq ən az 5 milyon Uyğur Türkü işgəncələrə məruz qalmaqda, şərəfi ayaqlar altına alınmaqda və orqanları orqan mafiyası tərəfindən satılmaqdadır. Qızlarımız zorla çinlilərlə evləndirilir.Bu gün Şərqi Türkistanda “Qardaş Ailə Layihəsi”adı altında soyqırım, qəddarlıq və əxlaqsızlıq tətbiq olunur. Şərq Türkistandan 20-40 yaşa qədər 1 milyondan çox kişi Şərqi Türkistandakı düşərgələrdən Çinin daxili bölgələrinə, bilinməyən yerlərə aparılır və onların taleyindən narahatıq. Eyni zamanda 1 milyon 5-7 yaşdan yuxarı olan uşaqlar- gələcəyimiz olan uşaqlarımız, Çinin islah evlərində, uşaq yuvalarında donuz əti ilə, Çin kommunist partiyası ideologiyası ilə manqurtlaşdırılaraq, Çin kommunist partiyasının sadiq qulları kimi, vətənləri, milləti, dini, ailəsi üçün isə xain düşmən olaraq yetişdirilir. Bu gün, Çin bu əməliyyatlarıhəyasızca yerinə yetirərkən, təəssüf ki, dünya üç meymunu oynayaraq Şərqi Türkistanda baş verənləri dünya ictimaiyyətinin gözlərindən gizlətməkdədir. – Çin nə üçün Şərqi Türkistana işgəncə edir? – Çünki Şərqi Türkistan yeraltı və yerüstü ehtiyatları baxımından dünyanın ən zəngin coğrafiyasıdır: 118 növ neft, təbii qaz, uran, kömür, qızıl, gümüş. Bura karbohidrogen ehtiyatları baxımından dünyanın ən zəngin coğrafiyasıdır. Bu gün Şərqi Türkistan Çinin, neft, təbii qaz, kömür, uran kimi təbbi ehtiyatlara olan tələbatının üçdə birindən çoxunu tək başına təmin edir. Yerüstü sərvətlər baxımından bütün növ taxıl, tərəvəz və meyvələrin yetişdirildiyi coğrafiyadır. Heyvan resursları ilə da çox zəngindir. Belə yeraltı və yerüstü ehtiyatları olan bir coğrafiya, Çin üçün birməhsul anbarı, enerji mənbəyi və zəngin bir qaynaqdır. Strateji və geopolitik mövqeyi ilə Şərqi Türkistan, Çin üçün nəfəs alma, can damarıdır. Başqa sözlə, Çin bu gün “Bir nəsil, bir yol” layihəsi olaraq adlandırdığı imperialist, yayılmacı və faşist əməllərini həyata keçirmək üçün dünyaya elan etmiş olduğu “Bir nəsil, bir yol” layihəsi adı altında Pekindən Londona qədər uzanan yüksək sürətli dəmir yolu layihəsi vasitəsilə, Çinin ucuz işçi qüvvəsi ilə, müstəmləkə ölkələrindən və bölgələrindən əldə edilən sərvətlə kölə işçiləri vasitəsilə işlədilən zavodlarda heç bir şəkildə, heç bir kəsin üstünlük əldə edə bilməyəcəyi üstünlüyünü istifadə edərək istehsal olunan məhsulları Qərbə ixrac etdiyi yol üzərində əsas qorunma, sahiblik qurur. Çinin Şərqi Türküstanın Urumçi şəhəri yaxınlığında uyğur türklərini nəzarət altında saxlamaq üçün inşa etdiyi bir başqa həbs düşərgəsi- Reuters Bu baxımdan Şərqi Türkistan bu gün Çin üçün əvəzedilməz bir coğrafiyadır. Bu səbəbdən o, işğalı davam etdirmək istəyir və soyqırım ilə tarixi türk-islam bölgəsi olan Şərqi Türkistanı Çin ərazisinə çevirməyə çalışır. Buna müvafiq siyasət yeridir. Son üç ildə tətbiq olunan bu düşərgələrin məqsədi “Bir nəsil, bir yol” layihəsi üçün maneə olan Şərqi Türküstanı yox etməkdir. – Şərqi Türkistanda Çinin zülmünə görə sivil dünya nə üçün kifayət qədər səs-küy yaratmır? Onlar Çindən qorxurlar yoxsa öldürülənlər müsəlman və türkdür deyə mi bu səssizlik? İslam və türk dünyası nə üçün kifayət qədər reaksiya vermir? – Bu siyasətlər bu gün tətbiq olunarkən, Türk dünyasının, İslam dünyasının və insanlığın susmasına dair suallarınıza cavab olaraq, təəssüflə qeyd etməliyəm ki, Çindən alacaqları xeyir qarşılığında öz ləyaqətini, şərəfini və mənəviyyatını satırlar. Şanxay əməkdaşlıq təşkilatı adı altında atılan imzalar nəticəsində təəssüf ki, Çində bu gün baş verən bu soyqırımdan, bu təzyiqdən xilas olan,Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissiyasından sığınacaq tələb edən və müraciət əsasında sığınacaq alan şəxslər belə təcili Çinə qaytarılır. Təəssüf ki, 21-ci əsrdə kölə ticarəti tətbiq edilməkdədi, Çinə qaytarılan uyğur türklərinin bir çoxu edam edilir və bir çoxlarına ömürlük və ya müddətli,müddətsiz həbs cəzası verilir. Bunların heç biri müstəqil yurisdiksiyaya malik deyil, onların hamısı mərkəzi hökumətdən gələn qərarla çox ağır şəkildə cəzalandırılır. – Bu il Çin, “Şərqi Türkistanda terrorla mübarizə”ni dəstəklədiyi üçün Qazaxıstana təşəkkür etdi. Qazax türkləri də Şərqi Türkistanda zülm görür, ancaq Qazaxıstan dövləti Çini dəstəkləyir. Bu barədə mənə nə deyə bilərsiniz? – Bu gün təəssüf ki, Qazaxıstan Çinin iqtisadi yardımlarına görə səssizdir və hətta Şərqi Türküstanlılara edilən zülmə susması yetməzmiş kimi, Şərqi Türküstandakı Qazaxıstanlı qardaşlarımızın da gördüyü zülmə susur. Şərqi Türküstanda Çin zülmündən qaçan Qazaxıstanlı qardaşlarımız Qazaxıstan tərəfindən Çinə qaytarılır. Bu hörmət və ləyaqət qırıcı siyasət təəssüf ki, mənfəət gərəyi, 3 qəpiyə alınan kredit və yardımlar üçün tətbiq edilir. Qırğızıstan, Özbəkistan, Qazaxıstanla eyni cinayətə ortaq olmuşdur. Çin bütün bu hadisələri yalan, təqib və soyqırımı ilə həyata keçirir. Dünyanın səssizliyi Çinin iqtisadi gücüylə və Çin maraqlarına uyğun gəlir. Bütün dünya Çin zülmü qarşısında səssiz qalaraq Şərqi Türkistandakı vəhşətə ortaq olur. Qazaxıstan Xarici işlər naziri Beybut Atamkulov, Çin xarici işlər naziri Vanq Yi-Reuters – Şərqi Türkistan Milli Məclisi olaraq Çin zülmünə qarşı hansı fəaliyyətlərihəyata keçirirsiniz? – Şərqi Türkistanın müstəqilliyi yolunda beynəlxalq səviyyədə, hüquqi əsasda və beynəlxalq hüquq çərçivəsində hər cür fəaliyyət göstəririk və bundan sonra da göstərməyə davam edəcəyik. 5 martda Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komissiyasında, biz Şərqi Türkistanda Çinin insan hüquqları pozuntularını gündəmə gətirdik. Biz Avropa Şurası Parlament Məclisində, dünyanın bir çox ölkəsində, xüsusilə Türkiyədə aktiv Şərqi Türkistan’la əlaqədar vətəndaş təşkilatıyıq. Bu fəaliyyətlər hüquq çərçivəsində həyata keçirilən qanuni fəaliyyətlərdir. Şərqi Türkistanın tam müstəqilliyini tələb edirik və biz bu müstəqillik üçün hər hansı bir bədəl ödəməyə hazırıq. BM-in Cenevrədəki ofisi önündə toplaşmış bir qrup Şərqi Türküstanlı və Tibetli fəal Çinə qarşı etiraz nümayişində-Reuters Urumçi qırğınının 10-cu ildönümündə vermək istədiyim mesaj budur: Bütün insanlığa müraciət edirəm, Şərqi Türkistan insan aləminin və insan sivilizasiyasının ən qiymətli və ən vacib hissəsidir. Uyğur sivilizasiyası insanlığa bir çox xidmətlər göstərən bir mədəniyyətdir. Bu gün Orta Çağ qaranlığı yaşayır, Çin işğalının acısını, bədəlini çox ağır ödəyir. Biz yox edilməklə,bütünlüklə məhv edilməklə, hindulər kimi tarixdən silinməklə qarşı-qarşıya olan bir millətdən danışırıq. Şərqi Türküstan müsəlmandır, İslam dünyası məsuliyyət daşıyır. İslam dünyası, Şərqi Türkistanı Çindən aldığı iki qəpiklik məfəətə görə, Çinin mərhəmətinin ümidinə buraxmamalıdır. Şərqi Türküstan Türk dünyasının ilk mənbəyi, ilk başlanğıc nöqtəsi, ilk beşliyidir. Buna görə Türk dünyası Şərqi Türkistana olan məsuliyyətini yerinə yetirməlidir. Çin səddi atalarımız tərəfindən Çinlilərə qarşı qələbə və uğurumuzun nümunəsidir. Bu sədd Türk millətinin Çin baxışının bir nümayişidir. Bu baxımdan mən türk dünyasının Çinə qarşı Şərqi Türkistanla birləşməsini və həmrəyliyini tələb edirəm. Urumçi qırğınının 10-cu ildönümündə demək istəyirəm ki, Şərqi Türkistanlılar heç vaxt işğalı qəbul etməmişlər və heç vaxt qəbul etməyəcəklər. Şərqi Türküstan müstəqillik qazanana qədər bu mübarizə qətiyyətlə davam edəcəkdir. Şərqi Türkistan Milli Məclisinin sədri Seyid Tümtürk Müsahibəni götürən: Təbriz Abbasov Tərcümə edən: Güllər Bağırova Geri dön |