Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Səhiyyə Nazirliyi vərəm xəstəsinə yardım göstərilməməsi barədə məlumata münasibət bildirib
Səhiyyə Nazirliyi vərəm xəstəsinə yardım göstərilməməsi barədə məlumata münasibət bildirib |
Səhiyyə Nazirliyi vərəm xəstəsi olan Sabirabad rayon sakini, 1988-ci il təvəllüdlü Sahil Kərimova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda pul ödəmədiyinə görə kömək edilməməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirlikdən bildirilib ki, yayılan məlumatlar yalandır. “İnstitutun II Pulmonologiya şöbəsinin həkim-pulmonoloqu Əliyeva Günay izahat yazaraq bildirib ki, xəstə dünən 15:00-da xəstəxanaya müraciət edib. Xəstəyə yaxınlaşanda yerdə uzanmış olduğu üçün yaxınlarından nə baş verdiyini soruşdum. Onlar isə cavabında “yol gəlmişlik dayana bilmədi” dedilər. Mən təcili olaraq kiçik tibb işçilərinə xərək gətizdirdim, xəstə növbətçi həkimin otağına aparıldı. Xəstə müayinə olunub sağ tərəfli pnevmoplevrit empiema diaqnozu qoyulduğu üçün Döş qəfəsi cərrahiyyəsi şöbəsinə yerləşdirildi", - həkim-pulmonoloq izahatda qeyd edib. "Cərrah Nəsirli Məsud tərəfindən sağ plevra boşluğuna drenaj qoyulub, təyinat verilib. Xəstənin anamnezində ruhi xəstəlik olduğundan, suallara cavab vermədiyi üçün anası yanında qalıb. Növbə zamanı xəstəyə bir neçə dəfə baxış keçirmişəm. Xəstənin vəziyyəti orta ağır, stabil idi. Xəstə və yaxınlarından hər hansı şikayət olmayıb”, - həkim bildirib. Xəstənin atası Kərim Kərimov da izahat yazaraq övladına vaxtında yardım göstərildiyini və xəstəxana işçiləri barədə iradının olmadığını bildirib. Geri dön |