Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Türkiyə XİN: “Türkiyənin bəzi adalarının suverenliyinin itirilməsi haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil”
Türkiyə XİN: “Türkiyənin bəzi adalarının suverenliyinin itirilməsi haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil” |
“Son zamanlar bəzi media orqanlarında Türkiyənin 18 mart 2019-cu il tarixdə BMT-yə verdiyi bir məktub əsasında 92 min kv/km ərazimizin və Türkiyənin bəzi adalarının suverenliyinin itirilməsi haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil”.
Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bu fikirlər bildirilib. Açıqlamada daha sonra qeyd olunur ki, bu yanlış məlumatı yayanlar ya bilərəkdən buna yol verirlər, ya da mövzu haqqında məlumatsız olsalar da, qaragüruhçuluq edirlər: “Hökumətimizin Şərqi Aralıq dənizindəki qitə şelfində beynəlxalq hüquqdan irəli gələn qanuni hüquqlarımız və maraqlarımız qorunmaqdadır. Bu baxımdan, qitə şelfinin xarici sərhədləri 2004-cü ildən bu yana BMT-yə uyğun şəkildə qorunur və o zamandan indiyədək milli dövlət siyasətimizdə heç bir dəyişiklik yoxdur”. Qeyd edək ki, Türkiyə Müdafiə Nazirliyinin sabiq əməkdaşı Ümid Yalın Türkiyənin Egey dənizi və Şərq Aralıq dənizindəki bəzi suverenlik hüquqlarının itirilməsilə bağlı ötən ay iddialar irəli sürmüşdü. Ümid Yalın bildirib ki, Türkiyə XİN BMT-yə göndərdiyi 18 Mart 2019 tarixli məktubu ilə böyük bir skandala imza atıb. Yalının iddiasına görə, Lozanna müqaviləsinin şərtləri pozularaq Türkiyəyə məxsus 5 ada və 92 min kv/km ərazi Yunanıstana verilib. Bu qeyri-qanuni addımlarda Amerikanın “Exxon Mobil” və ortağı Qətər “Petroleum” şirkətlərinin də iştirakı olub. Məsələyə Türkiyə XİN-in aydınlıq gətirməsini Türkiyə Böyük Millət Məclisində bəzi millət vəkilləri də tələb edib. Geri dön |