Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > BMT nümayəndələri Çinin uyğurlara qarşı rəftarını qınayır
BMT nümayəndələri Çinin uyğurlara qarşı rəftarını qınayır |
22-dən çox ölkənin BMT-dəki səfiri Cenevrədə insan haqları şurasına Çinin Sincan regionunda uyğurlar və digər müsəlmanlara qarşı rəftarını pisləyən məktub göndərib.
Məktubu Avstraliya, Kanada, Yaponiya və Yeni Zelandiya ilə yanaşı əsasən Avropa ölkələrindən olan 22 BMT diplomatı imzalayıb. Birləşmiş Ştatlar isə məktubu hələ ki, imzalamayıb. Nümayəndələr “Sincanda uyğurları və digər azlıqları hədəf alan genişmiqyaslı nəzarət sistemi və məhdudiyyətlər, eləcə də ixtiyari həbslərlə bağlı etibarlı məlumatlara” dair narahtlıqlarını ifadə edirlər. Onlar Çini azlıqları həbs etməyə son qoymağa və onları icmaları daxilində "hərəkət etmək azadlığı" ilə təmin etməyə çağırır. Çin insan haqları qrupları və keçmis məhbusların sözlərinə görə, uyğurları və digərlərini Çin cəmiyyəti və mədəniyyətinə inteqrasiya etmək və onların öz mədəniyyət və dinlərini sıxışdırmağa yönəlmiş “əsir düşərgələrində” saxladığını inkar edir. Çin bu düşərgələri insanları ekstremizm və terror təhlükəsindən uzaqlaşdırmağa yönəlmiş “könüllü təlim mərkəzləri”adlandırır. "Bu onların terror və ekstermizmin qurbanı olmalarının qarşısını alacaq və vətəndaşları təməl insan haqlarının pozulmasına qarşı qoruyacaq" – deyə, Sincanın vitse-qubernatoru Erkin Tuniaz bildirib. BMT nümayəndələri şuraya ünvanladıqları məktubda qətnaməyə çağırış əvəzinə narahatlıqlarını ifadə edir. Geri dön |