Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kondisioneri bilə-bilə yandırmayan avtobus sürücülərinə XƏBƏRDARLIQ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Bildiriş > Kondisioneri bilə-bilə yandırmayan avtobus sürücülərinə XƏBƏRDARLIQ

Kondisioneri bilə-bilə yandırmayan avtobus sürücülərinə XƏBƏRDARLIQ


Bəzi marşrut avtobuslarında sərnişinlər sürücüyə müraciət etməsə kondisioneri yandırmaq yadlarına düşmür. Ya da bəzi sürücülər “kondisioner işləmir” bəhanəsini gətirir ki, bu da sərnişinlərin narazılığına səbəb olur.

Məsələ ilə bağlı danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, müntəzəm marşrut xətt avtobuslarında havalandırma, isitmə və sərinləndirmə sistemlərinin olması sərnişinlərin rahatlığı üçündür:

“Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunan tələblərdə də bu məsələ xüsusilə qeyd edilib. Hazırda marşrut şəbəkəsində bu kimi tələblərə cavab verən nəqliyyat vasitələrinin sayının artırılması istiqamətində mühüm tədbirlər görülməkdədir. Bildiyiniz kimi dövlət başçısının müvafiq sərəncamı ilə avqustda ölkəyə 300 yeni avtobus gətirilir”.

M.Ağayev eyni zamanda bildirib ki, hələ yay mövsümü başlamazdan əvvəl daşıyıcılara sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstəriş verilib:

“Bu barədə daxil olan konkret şikayətlər araşdırılacaq və nəticəyə uyğun da tədbir görüləcək”.

Geri dön