Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Qubada keçiriləcək mətbəx festivalına azsaylı günlər qalıb
Qubada keçiriləcək mətbəx festivalına azsaylı günlər qalıb |
İyulun 27-də Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Quba şəhərində “Regional Mətbəx Festivalı” adlı festival keçiriləcək.
Şahdağ Quba Hotelinin baş sponsorluğu ilə Quba şəhərinin Nizami parkında baş tutacaq 2 günlük festivala təşkilatçılığı Xaçmaz Regional Mədəniyyət İdarəsi və Quba Destinasiya Menecmenti Təşkilatı, tərəfdaşlığı isə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi edir. Burada yerli və regional icma nümayəndələrinin, yerli istehsalçıların və turizm sahəsinin peşəkarlarının məhsulları nümayiş olunacaq. Festivalda “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalar təşkil olunacaq. İstehsalçılar və turizm sahəsinin peşəkarları öz məhsullarını satış məqsədilə nümayiş edəcəklər. Bundan əlavə, qastronomik, mədəni, tarixi və əyləncəli proqramların keçiriləcəyi “Əsas səhnə” zonası fəaliyyət göstərəcək, uşaqlar üçün isə “Əyləncə parkı” zonası qurulacaq. Azərbaycan Milli Konservatoriyasının ustad heyəti - xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər Zenfira İsmayılova, Anar Şuşalı, Təyyar Bayramov, Elçin Həşimov, Elnur Əhmədov, estrada ulduzları - Ədalət Şükürov, Sevda Yəhyayeva, Aynur Dadaşova, Sevinc / Sevil Səfərova və digərləri ifaları ilə festivala rəng qatacaqlar. Festivalın son günündə Şahdağ Quba Hotelində məşhur aşpazlar tərəfindən regional qida sənayesinin aşpaz və mütəxəssisləri üçün master-klasslar keçiriləcək. Geri dön |