Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda dövlət dilinə uyğun olmayan firma adlarının dəyişdirilməsi üçün Vergilər Nazirliyinə müraciət edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Azərbaycanda dövlət dilinə uyğun olmayan firma adlarının dəyişdirilməsi üçün Vergilər Nazirliyinə müraciət edilib

Azərbaycanda dövlət dilinə uyğun olmayan firma adlarının dəyişdirilməsi üçün Vergilər Nazirliyinə müraciət edilib


Azərbaycan Dil Qurumu İctimai Birliyi dövlət dilinə uyğun olmayan firma adlarının dəyişdirilməsi üçün Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinə müraciət edib.
Birlikdən cümə axşamı verilən məlumata görə, müraciətdə bildirilir ki, "Dövlət dili haqqında" qanunun 17-ci maddəsinə əsasən, "hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrinin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılmalıdır".
"Ancaq təəssüf ki, Vergilər Nazirliyində qeydiyyatdan keçən hüquqi və fiziki şəxslərin firma adları çox vaxt dövlət dilinin normalarına uyğun gəlmir. ADQ bundan sonra qeydiyyata alınacaq hüquqi şəxslərin firma adlarının dövlət dilinin normalarına uyğun olmasına xüsusi nəzarət edilməsi ilə yanaşı, mövcud firma adlarının tədricən "Dövlət dili haqqında" qanunun tələblərinə uyğunlaşdırılmasını Vergilər Nazirliyindən xahiş edib", - birlikdən əlavə edilib.

Geri dön