Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Dirçıliş Hərəkatı Partiyasından AÇIQLAMA
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Siyasi partiyalar, Bildiriş > Milli Dirçıliş Hərəkatı Partiyasından AÇIQLAMA

Milli Dirçıliş Hərəkatı Partiyasından AÇIQLAMA


Dünən bəzi KİV-də Milli Dirçıliş Hərəkatı Partiyasının bir dövlət qurumu ilə maliyyə əlaqələrinin olması barədə olduqca absurd bir “araşdırma” yazı yayılıb. Əvvəla onu bildirək ki, özünə hörmət edən media nümayəndəsi və istənilən ciddi KİV yumoristik teatrların səhnələrindəki əlaqələndirməyə bənzəyən bu yazını “araşdırma” kimi dərc etməyi özünə yaraşdırmaz. Araşdırmanın məntiqi ondan ibarətdir ki, MDHP-nin seçkilərdə maliyyə mçəsələlri üzrə səlahiyyətli nümayəndəsi olmuş şəxsin rəhbərlik etdiyi şirkətin hansısa dövlət qurumunun elan etdiyi tenderin qalibi olduğu üçün, müəllif həmin qurumla MDHP-nin maliyyə əlaqələrinin olmasını “kəşf edib”. Yəni müəllifin ehtimalını KİV “araşdırma” kimi təqdim edib.
Bununla bağlı MDHP olaraq açıqlama veririk ki, həmin yazıda adı çəkilən Çingiz Əhədli qeyd edildiyi kimi partiyanın bundan əvvəlki qatıldığı seçkilərdə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə olub. Onun bu vəızifəyə namziədliyi hər dəfə yekdilliklə qəbul edilib. Çingiz Əhədli MDHP-də öz dürüstlüyü, dəqiqliyi, məsuliyyəti, iqtisadi savadı və digər saysız müsbət keyfiyyətləri ilə hörmətlə yanaşılan şəxsdir. MDHP-nin bundan sonrakı qatılacağı seçkilərdə də böyük ehtimalla maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə Çingiz Əhədli olacaqdır.
Lakin, MDHP-nin və onun rəhbərliyinin partiya üzvləri və əməkdaşlarının şəxsi işlərinə və hər hansi biznes fəaliyyətinə qarışmaq və ya maraqlanmaq kimi bir niyyəti yoxdur. Bu bizim prinsiplərə və əxlaqa ziddir. O cümlədən Çingiz Əhədlinın də hər hansi biznes fəaliyyəti partiyaya məlum deyil və maraqlanrımız xaricindədir.
Demokratik prinsiplərdən dəm vuran, lakin xüsusi tapşırıqlar əsasında dezinformasiyalarla ictimaiəti daim çaşdırmağa çalışan həmin KİV rəhbərləri bilməlidirlər ki, bizim demokratik prinsiplərə və mənəvi dəyərlərə bağlılığımız onların düşündükləri çərçivədə deyil. Özlərindən başqa hamıdan demokratiya tələb edənlər özlərinə rəva bilib sifarişlə bu çür absurd və məntiqsiz yazıları dərc edəndə nəzərə almalıdırlar ki, demokratik fəaliyyət göstərənləri şərləməklə öz xislətlərini açmış olurlar.
Onu da qeyd edək ki, onlardan fərqli olaraq, MDHP bütün maliyyə gəlirlərini və xərclərini qanunauyğun şəkildə ildə bir dəfə bəyan edir və bu bəyannamə ciddi KİV-də dərc edilir.

Milli Dirçıliş Hərəkatı Partiyası
Mətbuat Xidməti


25.07.2019

Geri dön